Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan təhsilinin inkişafında Heydər Əliyev fenomeninin rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib. Konfransda Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Vüsalə Məmmədova, baş məsləhətçisi Sevinc Niftalıyeva, Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyadov, ADPU-nun Fizika fakültəsinin dekanı dosent Arzu Daşdəmirov, Riyaziyyat fakültəsinin dekanı dosent Araz Fərəcov, ADPU-nun Şəki filialının direktoru dosent Rafiq Rəsulov, Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova, Cəlilabad filialının direktoru dosent Xudayar Sultanlı, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Ağcabədi bölməsinin sədri Əlizadə Nəcəfov, Ağcabədi Rayon Təhsil Sektorunun məsul işçisi Rauf Əliyev, Ağcabədi Peşə Məktəbinin direktoru Cahid Cəfərov, Ağcabədi Pedaqoji Kollecinin direktor müavini Aynur Babayeva, Ağcabədi Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ regional ofisinin rəhbəri Radə Telmanqızı, Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin şöbə müdiri Xaləddin Tağıyev, “Aran” qəzetinin əməkdaşları və media mənsubları iştirak edirdi.
Konfransın plenar iclasını giriş sözü ilə açan filialın direktoru dosent Mobil Məcidov Ulu Öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti, o cümlədən Azərbaycan xalqının taleyüklü məsələlərinin həllində, dövlətçilik tariximizdə, elm, təhsil, maarif, mədəniyyət sahəsində yürütdüyü siyasət, apardığı islahatlardan danışdı. Xalqın gələcəyini təhsilin inkişafında görən Ümummilli Liderin təhsilə diqqət və qayğısı sayəsində inkişaf edən elmimizin uğurlarından bəhs etdi.
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Məmmədova unudulmaz siyasi lider Heydər Əliyev haqqında ehtiramla danışdı. Azərbaycanı vətəndaş qarşıdurmasından qoruyan siyasi liderin şah əsəri olan müstəqil Azərbaycan Respublikasının müstəqilliyinin əbədiliyinə, dönməzliyinə və daimiliyinə olan inamını Heydər Əliyevin öz sözləri ilə ifadə etdi.
Söz məruzəçilərə verildi.
Filialın tərbiyə işləri üzrə direktor müavini dosent Mahir Səlimov “Heydər Əliyevin dövlətçilik fəlsəfəsi” mövzusunda, İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının dosenti Məhəmməd Hüseynov “Heydər Əliyev və Azərbaycan diplomatiyası” mövzusunda, Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim Tahir Kərimli “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda, Sumqayıt Dövlət Universitetinin Ümumi tarix kafedrasının müdiri, tarix elmləri doktoru, professor Şirxan Səlimov “Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda ordu quruculuğu” mövzusunda, Sumqayıt Dövlət Universitetinin “Tarix-filologiya” fakültəsinin dekanı, tarix üzrə elmlər doktoru, professor Adil Baxşəliyev “Azərbaycanın dövlətçilik tarixində Heydər Əliyev şəxsiyyətinin rolu” mövzusunda
Məruzə ətrafında çıxış edən YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyadov xalqına təmənnasız xidməti vətəndaşlıq amalına çevirən Heydər Əliyevin parlaq əməllərinin daim yaşayacağına, yaşadıqca əbədiləşəcəyinə inamını bildirdi.
Sonda Ulu Öndərin həyat və ictimai fəaliyyətini əks etdirən videolent təqdim olundu.
Plenar iclasdan sonra elmi-praktik konfrans işini Heydər Əliyevin çoxcəhətli fəaliyyətinin araşdırılmasına həsr olunmuş dörd bölmədə - “Heydər Əliyev: milli-mənəvi dəyərlər və azərbaycançılıq ideologiyası”, “Heydər Əliyevin Azərbaycan təhsilinin və elminin inkişafında rolu”, “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti. Tolerantlıq və multikulturalizm” və “Heydər Əliyev dühası bədii təfəkkürün işığında” adlı bölmələrdə onlarla elmi məqalə və tezislərin dinlənilməsi ilə davam etdirildi.
Bölmə iclaslarından sonra konfransın yekun iclası keçirildi. Filial rəhbərliyi tərəfindən ADPU və onun filiallarından konfransda iştirak edən qonaqlara, eləcə də konfransa onlayn qatılan bir neçə universitetin əməkdaşlarına təşəkkür edilib.