Previous Next

ADPU-da “Qərbi Azərbaycan həqiqətləri: perspektivlər” mövzusunda elmi seminar və kitab təqdimatı

Mayın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tarix və coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrasının təşkilatçılığı ilə “Qərbi Azərbaycan həqiqətləri: perspektivlər” mövzusunda elmi seminar keçirilib.
Kafedranın müdiri dosent Naibə Əhmədova giriş sözü ilə çıxış edərək, XX əsrdə xalqımızın yaşadığı faciələrdən, soydaşlarımızın deportasiyaya məruz qalaraq öz ata-baba torpaqlarından sürgün edilməsindən danışıb.
AMEA-nın Abasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri professor Cəbi Bəhramov “Qərbi Azərbaycan həqiqətləri” mövzusunda məruzə ilə çıxış edərək, Qərbi Azərbaycanla bağlı arxiv sənədlərinin, xəritələrin üzə çıxarılmasından bəhs etdi. Universitetin Ümumi pedoqogika kafedrasının dosenti Heydər Cəfərov 1948-1953-cü illərdə Qərbi Azərbaycandan deportasiya olunan ailələrdən birinin üzvü olduğunu vurğulayaraq, müasir dövrdə tələbələrin dil bacarıqlarının, dünyagörüşlərinin, tarixi hazırlıq səviyyələrinin artırılmasının vacibliyini iştirakçıların nəzərinə çatdırdı. Çıxış edən dosent Mübariz Ağalarlı isə Qərbi Azərbaycan tarixinin öyrənilməsi və təbliği ilə, həmçinin həmin bölgədən deportasiyaya məruz qalan azərbaycanlıların öz ata-baba torpaqlarına qayıtması məsələsinin dövlətin əsas strategiyası olduğunu vurğuladı.
Elmi seminar Kamran İmanovun müəllifi olduğu “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan-Türk torpaqları olan Zəngəzur həqiqətləri” kitabının təqdimatı iə yekunlaşdı.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search