Previous Next

“Gənc riyaziyyatçılar” elmi konfransı keçirilib

Mayın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Riyaziyyat fakültəsində Tələbə Elmi Cəmiyyəti (TEC) tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Gənc riyaziyyatçılar” elmi konfransı keçirilib.
Riyaziyyat fakültəsinin dekanı dosent Araz Fərəcovun giriş sözündən sonra ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov və ADPU TEC-in sədri professor Əli Zalov məruzə ilə çıxış ediblər.
Çıxışlardan sonra konfrans iştirakçılarına “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda təqdimat nümayiş etdirilmişdir.
Sonra konfrans üç bölmə üzrə işini davam etdirmişdir. “Riyazi analiz və cəbr” bölməsi üzrə 26 məruzə, “İnformatikanın tədrisi texnologiyası” bölməsi üzrə 13 məruzə, “Riyaziyyat və onun tədrisi texnologiyası” bölməsi üzrə 16 məruzə dinlənilmişdir. Yekunda hər bölmə üzrə ən yaxşı tələbə elmi işləri müəyyənləşdirilmiş və setifikatlar verilmişdir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search