Previous Next

İctimai fəal tələbələr üçün sertifikatlaşdırma günü

Mayın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Riyaziyyat fakültəsində "Sertifikatlaşdırma günü" adlı tədbir keçirilib. İl ərzində fakültənin ictimai həyatında fərqlənən tələbələri stimullaşdırmaq məqsədi ilə keçirilən tədbirdə fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Giriş nitqi ilə çıxış edən fakültənin dekanı dosent Araz Fərəcov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı keçirilən silsilə tədbirlərdən və tələbələrin təhsil sahəsindəki uğurlarından bəhs etmiş və tələbələrə tövsiyyələrini vermişdir.
Sonra Riyaziyyat fakültəsində il ərzində keçirilmiş tədbirlərdə ("π gününə həsr olunmuş məntiq olimpiadası", Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş "Riyaziyyat və İnformatika ixtisasları üzrə olimpiadalar", "Gənc riyaziyyatçılar" elmi konfransı və s.) iştirak etmiş tələbələrə müvafiq sertifikat və təşəkkürnamələr təqdim edilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search