Previous Next

ADPU-da Nailə Mirməmmədlinin baralyefinin açılışı olub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İncəsənət və fiziki tərbiyə fakültəsində fakültənin müəllimi olmuş mərhum bəstəkar, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin anadan olmasının 62-ci ildönümü ilə əlaqədar görkəmli bəstəkarın adına auditoriya və baralyefinin açılışı olmuşdur.
Tədbirdə universitetin ümumi işlər üzrə prorektoru Tural Cəlilov, rektorun müşaviri Ümid Mehdiyev, fakültə dekanı dosent Anar Fərmayılov, kafedra müdirləri, professor-müəllim və tələbə heyəti iştirak edib.
Bəstəkarın ailə üzvlərinin də iştirak etdiyi tədbirdə fakültənin professor-müəllim heyəti bəstəkar haqqında öz xatirələrini bölüşmüş, onun keçdiyi həyat yolundan fraqmentlər, lentlər və videoçarxlar nümayiş etdirilmişdir. Daha sonra fakültənin tələbələrinin ifasında bəstəkarın əsərləri ifa olunmuşdur.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search