Previous Next

Şamaxı filialında Ulu Öndərin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Tələbə Elmi Cəmiyyətinin (TEC) XVII yekun elmi-praktik konfransı keçirilib.
Konfransın plenar iclasında filialın direktoru dosent Tünzalə Yusifova, Şamaxı Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini Mehriban Eyubova, Yeni Azərbaycan Partiyası (YAP) Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Şamaxı Dövlət Regional Kollecinin direktoru İlham Vəliyev, müəllimlər və tələbələr iştirak edib.
Plenar iclası giriş sözü ilə açan filialın direktoru dos. Tünzalə Yusifova qeyd etdi ki, builki konfrans Ümummilli Lider Heydər Əliyeyin anadan olmasının 100 illiyinə həsr olunduğu üçün xüsusi önəm daşıyır. Heydər Əliyev gənclərin elmi işlərə yönəlməsinə xüsusi diqqət yetirir və onların təhsili ilə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edirdi. Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ulu Öndərin elmə, təhsilə göstərdiyi qayğı Azərbaycan xalqının xoş gələcəyinə xidmət edəcək səviyyədə uğurla davam etdirilir. Bunun nəticəsidir ki, tələbələrin elmi fəaliyyətinin stimullaşdırılması məqsədi ilə hər il filialın Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilir və tələbələr aktual mövzular ətrafında sistemli tədqiqat işləri aparırlar.
Tədris və elmi işlər üzrə direktor müavini f.ü.f.d. Şasəddin Mikayılov çıxış edərək görülən elmi tədqiqat işləri ilə bağlı ətraflı məlumat verdi. O qeyd etdi ki, tələbələr öz elmi işlərində internet resurslarından əlavə filialın zəngin kitabxanasındakı materilallardan da istifadə etmiş, sistemli araşdırmalar aparmışlar.
Daha sonra filialTEC-nin sədri Aytən Teymurova 2022-2023-cü tədris ilində TEC-in fəaliyyəti haqqında hesabat xarakterli çıxış etdi. Ardınca tələbələrin elmi tədqiqat işləri təqdim olundu.
Sonda Şamaxı RİH-in başçısının müavini Mehriban Eyubova maraqlı çıxışlara görə tələbələrə təşəkkür etdi və onlara gələcək işlərində uğurlar arzuladı.
Plenar iclasdan sonra konfrans işini dörd bölmədə davam etdirib. Elmi rəhbərlərin iştirakı ilə tələbələrin tədqiqat işləri təqdim olundu və geniş müzakirə olundu. Təqdim olunan işlərin əksəriyyəti aktuallağı və spesifikliyi ilə seçilirdi. Konfransın yekununda bölmələr üzrə hesabat iclasları keçirildi və ən maraqlı tezislər qiymətləndirildi.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search