Previous Next

ADPU-da beynəlxalq elmi seminar: “Heydər Əliyev və Türk dünyası”

İyunun 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Türkoloji mərkəzdə “Heydər Əliyev və Türk dünyası” adlı beynəlxalq elmi seminar keçirilib. Seminarda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini professor Sayalı Sadıqova, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva, professor Həbib Zərbəliyev, professor Hüseyn Əsgərov, professor Nizami Tağısoy, f.e.d. Şəbnəm Həsənli, habelə, ADPU-da səfərdə olan Özbəkistan nümayəndə heyətinin üzvləri və Türkiyə, Qazaxıstan, Qırğızıstan və Rusiyadan onlayn qoşulan alimlər iştirak ediblər.
Beynəlxalq elmi seminarda açılış sözü ilə çıxış edən ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Türkoloji mərkəzin rəhbəri professor Mahirə Hüseynova qeyd edib ki, Türk dünyası ilə sıx qarşılıqlı əlaqələrin qurulması və bərpası Ulu Öndər Heydər Əliyevin fəaliyyətində əsas xətlərdən birini təşkil edir. Bütün Türk dünyasının böyük oğlu olan Heydər Əliyevin 100 illik yubileyi qardaş türk ölkələrində də silsilə tədbirlərlə qeyd olunur.
Açılış nitqindən sonra müxtəlif xarici ölkələrdən beynəlxalq seminara qatılan alimlərdən prof. Şükrü Haluk Akalın “Heydər Əliyevin elm və təhsil mövzulu məqalə, çıxış və açıqlamalarının lüğət tərkibi ilə bağlı araşdırma” (Türkiyə), Yekaterinburq Ural Federal Universitetinin Beynəlxalq müna¬sibətlər departamentinin Xarici regionşünaslıq kafedrasının müdiri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Yekaterinburq filialının icraçı direktoru prof. Aleksandr Nesterov “Qərbi Azərbaycan: regionun tarixi konsepsiyası” (Rusiya), Rusiya Elmlər Akademiyasının akademiki, Çinin Xeksi Universitetinin dəvət olun¬muş professoru, Şakarima adına Qazaxıstan Dövlət Universitetinin fəxri professoru Baybolot Abıtov “Sovet və postsovet Azərbaycanının fövqəladə və yaradıcı şəxsiyyəti: Heydər Əliyev” (Qırğızıstan, Oş Dövlət Universiteti), prof. Burhan Sayılır “Heydər Əliyev dövründə Türkiyə-Azərbaycan əlaqələri” (Türkiyə, Anadolu Universiteti), akad. Alimjan Xamrayev “Heydər Əliyev dövründə Qazaxıstan-Azərbaycan ədəbi əlaqələri” (Qazaxıstan) və Eskişehir Azərbaycanlılar Dərnəyinin rəhbəri Cavid Aydın isə “Heydər Əliyev və Azərbaycan diasporu” (Türkiyə) mövzularında onlayn formatda məruzələrlə çıxış ediblər.
Daha sonra Türkoloji mərkəzin Türk ədəbiyyatı böl¬məsinin müdiri prof. Elman Quliyev “Heydər Əliyev və türk xalqları ədəbiyyatı”, mərkəzin Türk dilləri bölmə¬sinin müdiri prof. Mirvari İsmayılova isə “Heydər Əliyev və türk mənəvi dəyərləri” mövzularında məruzə ediblər.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search