Previous Next

Pedaqoji Universitetdə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

İyunun 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Məktəbinin Lektoriyasında ADPU və Səbail rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Ulu Öndərin siyasi fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
Giriş nitqi ilə çıxış edən ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev Azərbaycan xalqının və dövlətinin xilaskarı olan Ulu Öndər Heydər Əliyevin sayəsində ötən əsrin 70-ci illərində yeni inkişaf mərhələsinə qədəm qoyan respublikamızın əsrin sonuncu onilliyində parçalanmaq və vətəndaş mübaribəsi təhlükəsindən qurtulduğunu, dinamik inkişaf edən bir ölkəyə çevirildiyini diqqətə çatdırıb.
Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev çıxışında Ümummili Lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından söz açaraq, 1993-cü ildə ölkədə yaranan vətəndaş müharibəsi təhlükəsi və hakimyyət böhranı, torpaqların işğal olunması faktları fonunda dahi siyasətçinin sülh və sabitliyi təmin etmək üçün göstərdiyi qətiyyətli mövqenin həlledici rolunu vurğulayıb.
Çıxışlarda bildirilib ki, Ulu Öndərin qətiyyətli addımları sayəsində ölkəmizdə dövləti sarsıtmağa yönəlmiş hadisələrə birdəfəlik son qoyuldu, milli iqtisadi inkişafın təməlləri atıldı və bu sağlam, sabit təməl üzərində Heydər Əliyev siysətinin davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti ilə Azərbaycan qüdrətli dövlətə çevirildi, 2020-ci ilin 44 günlük Vətən müharibəsində işğal altındakı torpaqlarımız tarixi Zəfərlə azad olundu. Bu gün isə doğma torpaqlarımıza Böyük Qayıdış prosesi durmadan davam etdirilir.
Daha sonra professor Əyyub Kərimov “Azərbaycan sürətli inkişaf yollarında (1969-1987-ci illər)”, Azərbaycan tarixi kafedrasının müdiri dosent Naibə Əhmədova isə “Qurtuluşdan inkişafa: müdrik siyasətin uğurlu nəticələri (1993-2003-cü illər)” mövzularında məruzə ediblər.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search