Previous Next

Quba filialının tanıtımı davam edir

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının tanıtımı layihəsi çərçivəsində Quba şəhəri Fizika – riyaziyyat və informatika təmayüllü liseyin (FRİTL) şagirdləri filialda olub.
Sinif rəhbəri Nərmin Məmmədhüseynova və psixoloq Cəmilə Hüseynovanın müşayəti ilə liseyin 11-ci sinif şagirdləri filial ilə tanış olublar. Görüş zamanı Filialın İKT şöbəsinin müdiri Yusif Abayev və Riyaziyyat və informatika kafedrasının müəllimi Səməd Çərkəsov tərəfindən məktəblilərə ixtisaslar, tədris prosesi, kadr hazırlığı, pedaqoji heyət və təlim-tərbiyə haqqında geniş məlumat verilmiş, qeyd edilmişdir ki, ölkə təhsilini uğurlu inkişaf etdirilməsində ADPU-nun Quba filialının da önəmli yeri vardır. Qeyd edək ki, ADPU-nun Quba filialı fəaliyyətə 1943-cü ildə şimal bölgəsində pedaqoji kadr hazırlığı məqsədilə yaradılan Quba Dövlət Müəllimlər İnstitutunun yaradılması ilə başlamış, onun varisi kimi 1991-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Quba filialı, 2000-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Quba filialı adlandırılmış, 2015-ci ildən isə ADPU-nun Quba filialı kimi fəaliyyət göstərir. Son illərdə filialın inkişafının yeni mərhələsinə qədəm qoyulub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search