Previous Next

ADPU-nun Quba filialının əməkdaşları beynəlxalq simpoziumda iştirak edib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının Ədəbiyyat və dillər kafedrasının müəllimləri Qazaxıstan Respublikasının Almatı şəhərində keçirilən beynəlxalq elmi simpoziumda iştirak ediblər.
Məlumat üçün qeyd edək ki, X Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu cari ilin 14-16 iyun tarixlərində Niğde Ömer Halisdemir Universiteti, Qazax Dövlət Qızlar Pedaqoji Universiteti və Bakı Avrasiya Universitetinin birgə təşkilatçılığı ilə Almatı şəhərində yerləşən Qazax Dövlət Qızlar Pedaqoji Universitetinin ev sahibliyi ilə keçirilib.
Türk Dünyası ilə bağlı araşdırma aparan elm adamlarını bir araya toplamaqla mövcud problemlər və onların həlli yollarının araşdırıldığı simpoziumun əsas məqsədi dil, ədəbiyyat, tarix, təhsil, mədəniyyət, incəsənət, informasiya texnologiyaları, beynəlxalq əlaqələr, regional problemlər, idarəetmə, iqtisadiyyat, din, fəlsəfə, sosiologiya, turizm, gender problemləri və dəqiq elmlər kimi sahələrdə akademik mövzuların və aktual məsələlərin müzakirə edilməsi, qarşılıqlı təcrübə mübadiləsi, inkişafa təkan verən yeni elmi araşdırma istiqamətləri üzərində fikir mübadiləsinin aparılması və gələcəkdə Türk ölkələrində keçiriləcək müştərək layihələrə zəmin hazırlanması kimi müxtəlif çeşidli işlərin aparılmasıdır. Ənənəvi olaraq, simpozium müddətində keçirilən “Kökümüz bir, türkük” festivalı bu coğrafiyada tarixi, dili, mədəniyyəti və kökü bir olan türk xalqlarının bir-biri ilə əlaqələrinin və əməkdaşlıqlarının gücləndirilməsinə xidmət edir.
Simpoziumda iştirak edən filialın baş müəllimi Sərxan Cəfərov və müəllim Yadulla Ələkbərov məruzə ediblər və sonda sertifikatla təltif olunublar.
Filialın müəllimləri, səfər çərçivəsində, həmçinin “Jana Qasır (Yeni əsr)” adlı 175 nömrəli gimnaziyanın müəllim və şagirdləri ilə görüş keçirdiblər. Görüş çərçivəsində təhsil müəssisəsinin direktoru Jazira Karatayeva gimnaziya haqqında ətraflı məlumat verib. Sonda ölkələr arasında onlayn tədbirlərin keçirilməsi üçün razılığa gəlinib. Daha sonra isə gimnaziyada təşkil olunmuş yay məktəbi ilə tanışlıq olub.
Qeyd edək ki, gimnaziya Qazaxıstan Respublikasının 100 ən yaxşı məktəbi arasındadır.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search