Previous Next

ADPU-da məzun günü: Müəllimin əsas keyfiyyəti dəyişilmə və yüksək uyğunlaşma qabiliyyətidir

İyunun 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) təntənəli “Məzun Günü 2023” tədbiri keçirilib. Məzun günündə ADPU-nun rəhbərliyi, məzun olan tələbələr və onların ailə üzvləri iştirak ediblər.
Məzunları təbrik edən Pedaqoji Universitetin rektoru professor Cəfər Cəfərov vurğulayıb ki, bu gün məzunu olduğunuz Azərbaycanın ilk anadilli ali təhsil müəssisəsi 102 il ərzində 170 minə qədər peşəkar müəllim kadrları yetişdirib. Rektor deyib: “Müqəddəs müəllimlik yoluna qədəm qoyarkən hər bir dəyərli məzunumuza dəyişilməz bir qaydanı xatırlatmaq istərdim: Bu günün və sabahın müəlliminin əsas keyfiyyəti dəyişilmə və yüksək uyğunlaşma qabiliyyətidir. Buna görə də ixtisas bilikləri ilə yanaşı, milli kimliyə, peşəkar və daimi inkişaf etdirilən davranış səriştələrinə, rəqəmsal və xarici dil bacarıqlarına malik olmaq lazımdır.”
Prof. C.Cəfərov bildirib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə icra olunan uğurlu təhsil siyasətinin və ADPU-da aparılan islahatların nəticəsində müəllimlik peşəsinin nüfuzu xeyli artıb, tələbələrimizin yüksək keyfiyyətli tədris şəraiti ilə təmin olunması üçün xeyli iş görülüb. ABŞ-ın nüfuzlu Corc Vaşinqton Universiteti ilə birgə magistr ikili diplom proqramı 2020-ci ildən uğurla həyata keçirilir. Belə ikili diplom və mübadilə proqramlarının sayının artırılması, qabaqcıl təcrübələrin öyrənilərək tədbiq edilməsi üçün davamlı iş aparılır. Hazırda universitetdə Azərbaycan, rus və ingilis bölmələri üzrə tədris aparılır, hər il prioritet sahələr üzrə yeni ixtisaslara qəbul aparılır. Qeyd etmək yerinə düşər ki, cari tədris ilindən artıq “Türk dili və ədəbiyyatı müəllimliyi” və “Rus dili və ədəbiyyatı müəllimliyi” ixtisaslarına, magistratura səviyyəsində isə “Ali təhsilin təşkili və idarə olunması” ixtisaslaşmasına qəbul aparılacaq. Son illərdə ADPU-nu seçən abituriyentlər arasında 500 və 600 baldan yüksək nəticə göstərənlərin sayında kifayət qədər artım müşahidə olunur. Bu da artan tədris keyfiyyəti, peşəkar kollektiv, yenilənən infrastruktur, şəffaf imtahanlar və akademik dürüstlüyün təmin oldunduğu təhsil məkanı ilə birbaşa bağlıdır.
Çıxışda qeyd olunub ki, Universitet tərəfindən məzunların məşğulluğunun monitorinqi aparılır, onlarla daimi əlaqə saxlanılır. ADPU üzrə ixtisaslara uyğun məşğulluq səviyyəsi son 5 ilin nəticələrinə görə, təxminən 76 faiz təşkil edir. Rektor vurğulayıb ki, məzunlar universitetin simalarıdır və hər bir məzunu daim universitetlə əlaqədə olmağa səsləyirik.
Sonra məzunlardan təhsil aldığı müddətdə yüksək akademik göstəricilər əldə edən və universitetin ictimai həyatında xüsusi fəallığı ilə fərqlənənlərə ADPU rəhbərliyi adından fəxri fərmanlar verilib.
Məzun günü tədbiri gənclərin sevimliləri olan estrada nümayəndələrinin ifasında geniş konsert proqramı ilə davam etdirilib.
Qeyd edək ki, bu gün ölkəmizin ən böyük şəbəkəyə malik ali təhsil müəssisələrindən olan ADPU Bakıdakı 5 tədris binası, kolleci, baza məktəbi, regionlardakı 5 filialı ilə 20000 nəfərlik kollektivi özündə birləşdirir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search