Previous Next

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı "Yüksəliş" müsabiqəsinin finalına vəsiqə qazanıb

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin redaktoru Taleh Mirzəyev "Yüksəliş" müsabiqəsinin finalına vəsiqə qazanıb.
Belə ki, artıq 3 ildir keçirilən "Yüksəliş" müsabiqəsində bu il ADPU-nun bir sıra əməkdaşları iştirak edib. Universitetin Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli və İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin dizayneri Elvin Vahidov əyani mərhələdə, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Cavid Hüseynov və Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin mütəxəssisi İsmayıl Nəsirov müsabiqənin yarımfinal mərhələsinin bir addımlığında mübarizəni dayandırsa da, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin redaktoru Taleh Mirzəyev finala vəsiqə qazanıb.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq həyata keçirilir. Müsabiqənin əsas məqsədi istedadlı kadrların seçilməsi, inkişaf etdirilməsi və kadr ehtiyatının yaxşılaşdırılmasıdır. Müsabiqədə iştirak üçün əsas meyarlar ali təhsil və mülkiyyət formasından asılı olmayaraq ən azı 2 il idarəçilik təcrübəsinin olmasıdır. Müsabiqənin təşkilat komitəsinin sədri Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevadır. Təşkilat komitəsinin digər üzvləri Anar Ələkbərov, Mikayıl Cabbarov, Emin Əmrullayev, Fərid Qayıbov, Sahil Babayev, Məleykə Abbaszadə, Ceyhun Bayramov, Ülvi Quliyev və Balakişi Qasımovdur.
Bu il üçüncüsü keçirilən "Yüksəliş" müsabiqəsində ümumilikdə 13474 nəfər iştirak edib. Əyani mərhələdə 1300-dən çox, yarımfinal mərhələsində isə 343 iştirakçı iştirak edib. 109 iştirakçı final mərhələsinə vəsiqə qazanıb. İştirakçılar son əyani mərhələyə qədər 3 mərhələni uğurla keçməli idilər. Daha sonra son əyani mərhələ, yarımfinal və final mərhələsi keçirilir. Sonda isə təxminən 20 nəfər iştirakçı müsabiqənin qalibi adını qazanacaq.
Əməkdaşımıza final mərhələsində uğurlar arzu edirik.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search