İyulun 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin Ardahan Universitetinin nümayəndəkəri ilə görüş keçirilib. Görüşdə Ardahan Universitetinin beynəlxalq əlaqələr üzrə koordinatoru Doğan Saltaş, köməkçi Nurgül Moldayeva və ADPU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova iştirak edib.
Tərəflər təmsil etdikləri ali təhsil müəssisələri haqqında bir-birlərinə ətraflı məlumat verərək, əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi haqqında müzakirələr aparıblar.
Görüşün yekununda ilkin mərhələdə iki universitet arasında anlaşma memorandumunun imzalanması və ERASMUS+ tələbə-müəllim mübadiləsi çərçivəsində layihənin birgə hazırlanmasına razılıq əldə olunub.