
Beynəlxalq əlaqələr şöbəsi Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) və struktur bölmələrinin beynəlxalq fəaliyyətinin idarə olunması və inkişaf etdirilməsinə görə məsuliyyət daşıyır, beynəlxalq istiqamətlər üzrə maraqlarının və hüquqlarının qorunmasını, onların beynəlxalq əlaqələr üzrə fəaliyyətinin təkmilləşdirilməsi və ona nəzarəti təmin edir. Beynəlxalq əlaqələrin qurulmasında əsas prioritet universitet əməkdaşlarının və tələbələrin təcrübələrinin artırılması və inkişafı məsələləridir.
- Məqsədlərimiz beynəlxalq əməkdaşlığın qurulması və inkişaf etdirilməsi;
- Sahə üzrə beynəlxalq sənədlərin (saziş, anlaşma memorandumu, protokol, müqavilə) layihəsinin hazırlanması;
- Universitet və ya struktur bölmələri tərəfindən dəvət olunmuş xarici ölkə nümayəndələrinin səfərlərini təşkil və bu işə rəhbərlik etmək;
- Xarici ali təhsil müəssisələri ilə və beynəlxalq təşkilatlarla əməkdaşlıq müqavilələri və anlaşma memorandumları imzalanması və imzalanmış sənədlər çərçivəsində tələbə-müəllim-işçi mübadiləsinin aparılması;
- Beynəlxalq proqram və layihələrin idarə edilməsi;
Beynəlxalq layihələr və qrantlar şöbəsi universitetin fəaliyyət istiqamətinə uyğun olaraq beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması, yerli və xarici müəssisələrlə, beynəlxalq təşkilatlarla, elm fondları ilə əməkdaşlıq edərək müxtəlif layihələrin işlənməsi və icrasını təmin edir. Layihə və qrant sahəsində qabaqcıl yerli və beynəxalq təcrübənin öyrənilməsi, qrant müsabiqə və beynəlxalq layihələrdə universtetin pofessor-müəllim, tələbə, inzibati heyətin məlumatlandırma işinin təşkili, potensialının artırılması, iştiraklarının təmin edilməsi də Beynəlxalq layihələr və qrantlar şöbəsinin prioritetlərindən sayılır.
Şöbənin qarşısında duran öhdəliklərdən biri də universiteti, onun struktur bölmələrini, inzibati və akademik heyətini, tələbələrini beynəlxalq layihə və qrantlarda uğurlu iştirakı üçün potensialın artırılması məqsədilə layihələrin idarəedilməsi və digər əlaqəli mövzular üzrə təlimlərin keçirilməsini təşkil etməkdir.
Beynəlxalq və yerli proqram və layihələrdə iştirak, həmçinin qrantların alınması üçün tələb olunan müraciət sənədlərinin hazırlanması sahəsində konsultasiya işinin aparılması, eyni zamanda müraciətin tərkib hissəsi olan və elmi, təhsil, innovativ proqramlarda, qrant müsabiqələrində, beynəlxalq layihələrdə universitetin iştirakının uyğunluğunu təsdiq edən rəsmi sənədlər paketinin qaydalara uyğun hazırlanmasının təmin edilməsi də Beynəlxalq layihələr və qrantlar şöbəsinin qarşısında duran öhdəliklərdən hesab olunur.
Yuxarıda qeyd olunan vəzifələrlə yanaşı şöbəyə dair elektron bazanın yaradılması, müvafiq məlumatların elektron bazaya daxil edilməsi, bazanın yenilənməsi; universitetdə və universitetdən kənarda keçirilən görüşlərdə, tədbir və ya seminarlarda iştirak, keçirilən tədbirlərin mətbuatda işıqlandırılmasının təşkili prosesini də şöbənin fəaliyyət istiqamətlərindən biri kimi qeyd etmək olar.
Beynəlxalq layihələr və qrantlar şöbəsi şöbəyə daxil olan sorğuların icrasına nəzarət, şöbənin fəaliyyəti haqqında hesabatın hazırlanması, şöbənin 2022-2023 akademik ili üçün fəaliyyət planının layihələndirilməsi kimi funksiyaları icra edir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin tərəfdaş olduğu Beynəlxalq layihələr haqqında məlumat Azərbaycan Dövlət Pedaqoji Universitetinin tərəfdaş qismində iştirak etdiyi layihələr: ERASMUS+ KA2 “Azərbaycan və Rusiya ali təhsil müəssisələrində tədris, təlim və qiymətləndirmə prosesinin daxili keyfiyyət təminatının təkmilləşdirilməsi” (İQAinAR- 2021/2024) “Rektorlar Konfransının yaradılması” (ECAR-2021/2024) “Azərbaycan universitetlərində Keyfiyyət Təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” (EQAC- 2018/2021) “Azərbaycan universitetlərində Təlim və Tədrisin təkmilləşdirilməsinin təşviqi” (PETRA- 2017/2020) DAAD (Alman Akademik Mübadilə Xidməti) ilə birgə proqramı "Müasir təlim texnologiyalarına və beynəlxalq təcrübəyə əsaslanan yeni məzmunlu təhsilin Azərbaycan Dövlət Pedaqoji Universitetində tətbiqi" qrant layihəsi (2021-2023)
ADPU tərəfindən beynəlxalq standartlara uyğun təhsilin təmin olunması məqsədilə bir sıra xarici mütəxəssislər tədris prosesinə cəlb edilmişdir:
- Fulbrayt proqramı çərçivəsində 2016-2017 tədris ilində Valden Universitetinin dosenti Melda Yıldız “Kurikulumun idarə edilməsi”, “Təhsil sisteminin idarə edilməsi”, “Qiymətləndirmə, monitorinq və dəyərləndirmə” və “Filologiya” fakültəsinin tələbələri üçün “Müasir ingilis dili”, “Xarici dildə oxu və nitq”, “Orta oxu və nitq”, “Yuxarı oxu və nitq” və “Yüksək oxu və nitq” fənlərindən mühazirə demişdir.
- 2018-ci ildə ABŞ-ın Bakıdakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində Lehigh Universitetinin professoru Jill Sperando universitetdə aparılan islahatları dəstəkləmək və planlaşdırmaq məqsədilə tədqiqatçı kimi çalışmış, müəllimlər üçün “Yeni öyrənmə metodları və təlim biliyinin qiymətləndirilməsi” mövzusunda seminarlar keçirmiş və tədris prosesinin modernləşdirilməsinə dəstək olmuşdur.
- ABŞ Dövlət Departamenti tərəfindən “Fulbright English Teaching Assistant” proqramı çərçivəsində Prinston Universitetinin mütəxəssisi İan Duley Filologiya fakültəsində 2018-2019-cu ADPU-da ingilis dilinin tədris prosesinin təkmilləşdirilməsinə aid təkliflər vermişdir.
- 2018 - 2019-cu illərdə, ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “English Language Fellow” proqramı çərçivəsində Diana Valey tərəfindən sillabusların tərtibi mövzusunda təlimlər keçirilib.
- ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “English Language Fellow” təqaüd proqramı çərçivəsində ingilis dili mütəxəssisi Riçard Schlight tərəfindən 09.09.2019-01.07.2020 illərdə ingilis dili müəllimlərinin dərslərində müşahidələr aparmış, onların kommunikativ tədris bacarıqları və tələbəyönümlü fəaliyyətləri ilə tanış olaraq məsləhətlər vermişdir. Nəticə etbarilə, “İngilis dili müəllimliyi” ixtisasının tədris planı yenilənib.
- ABŞ-ın Bakıdakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində, 2021-ci ildə ABŞ-ın Aviasiya universitetinin ingilis dili üzrə mütəxəssisi Embri Ridl tərəfindən universitetin müəllimlərinə “Akademik yazı” mövzusunda 3 aylıq onlayn təlim keçib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin həyata keçirdiyi mübadilə proqramları çərçivəsində universitetin çox sayda tələbə və müəllim heyəti müxtəlif ölkələrdə təhsil və təlim sahələrini əhatə edən təlim və seminarlarda, təcrübə proqramlarında iştirak edir.Mübadilə proqramları tərəfdaş olduğumuz universitetlər və müəssisələrlə imzalanmış müqavilələr əsasında həyata keçirilir. Elan olunan proqramlarda tələbələrin iştirakı seçim əsasında və ödənişsiz şəkildə həyata keçirilir.
1921-Cİ İLDƏN TƏHSİLİMİZİN KEŞİYİNDƏ...
Müəllimlik şərəfli peşədir.