This image for Image Layouts addon

Tariximiz

Azərbaycan Pedaqoji İnstitutu (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) 26 avqust 1921-ci ildə hökumətin qəbul etdiyi 66 saylı qərarla alitəhsilli müəllim kadrları hazırlamaq üçün təsis edilib. Keçən bir əsrlik dövr ərzində daha da inkişaf edərək 8 fakültəyə malik ölkəmizin ən görkəmli ali məktəblərindən birinə çevrilib. Onun ilk buraxılışı 1923–1924-cü tədris ilində olmuşdur. İlk dövrlərdə Ali Pedaqoji Kişi və Ali Pedaqoji Qadın İnstitutları kimi fəaliyyətə başlasa da, böyük tarixi inkişaf yolu keçən Azərbaycan Pedaqoji İnstitutu XX əsrin 90-cı illərində Azərbaycan Dövlət Pedaqoji Universiteti adını alıb. ADPU-nun tarixinə və keçdiyi yola nəzər salanda görürük ki,  1921- ci il 26 avqust tarixli dekret əsasında 6 nəfər tələbə ilə milli dildə fəaliyyətə başlayan bu ilk ali pedaqoji təhsil ocağı yeni təşkil olunan I və II dərəcəli məktəbləri yüksəkixtisaslı pedaqoji kadrlarla təmin etmək məqsədilə yaradılmışdır. Zamanın bütün çətinliklərindən şərəflə çıxaraq Azərbaycanda milli mədəniyyətin, elm və təhsilin inkişafında xüsusi xidmətləri olan müəllim kadrları yetişdirməklə, millətin mənəvi potensialının formalaşmasında önəmli rolunu qoruyub saxlamışdır.

Ətraflı
Tariximiz

Tariximiz

Azərbaycan Pedaqoji İnstitutu (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) 26 avqust 1921-ci ildə hökumətin qəbul etdiyi 66 saylı qərarla alitəhsilli müəllim kadrları hazırlamaq üçün təsis edilib. Keçən bir əsrlik dövr ərzində daha da inkişaf edərək 8 fakültəyə malik ölkəmizin ən görkəmli ali məktəblərindən birinə çevrilib. Onun ilk buraxılışı 1923–1924-cü tədris ilində olmuşdur. İlk dövrlərdə Ali Pedaqoji Kişi və Ali Pedaqoji Qadın İnstitutları kimi fəaliyyətə başlasa da, böyük tarixi inkişaf yolu keçən Azərbaycan Pedaqoji İnstitutu XX əsrin 90-cı illərində Azərbaycan Dövlət Pedaqoji Universiteti adını alıb. ADPU-nun tarixinə və keçdiyi yola nəzər salanda görürük ki,  1921- ci il 26 avqust tarixli dekret əsasında 6 nəfər tələbə ilə milli dildə fəaliyyətə başlayan bu ilk ali pedaqoji təhsil ocağı yeni təşkil olunan I və II dərəcəli məktəbləri yüksəkixtisaslı pedaqoji kadrlarla təmin etmək məqsədilə yaradılmışdır. 

Ətraflı

Missiya & Vizyon

Əsas missiyamız milli şüura malik, tədqiqatçı, məhsuldar,dərin düşüncəli, elmə, insan hüquqlarına hörmət edən, yaradıcı və innovativ, fərdlər-pedaqoqlar yetişdirməklə, təhsil, tərbiyə, araşdırma və s. digər elmi tədbirlər vasitəsilə cəmiyyətin texnoloji, sosial-iqtisadi və mədəni səviyyəsinin yüksəldilməsinə töhfə verməkdir. Vizyon olaraq beynəlxalq standartlara cavab verən tədqiqatçı-müəllim hazırlığını peşə təhsilinin əsasları, ixtisas və innovasiyalar istiqamətində işlər həyata keçirməyi planlayırıq.

NAİLİYYƏTLƏRİMİZ

Uğurlarımız sürətlə bir-birini əvəzləyir
MƏZUNLARIMIZ
0
+
İXTİSASLARIMIZ
0
+
KAFEDRALARIMIZ
0
+
TƏLƏBƏLƏRİMİZ
0
+
video-bg.jpg

TANIŞ OLUN

Bizimlə tələbə həyatınız maraqlı və rəngarəng olacaq

Müasir infrastruktur və bacarıqlı müəllimlərimiz ilə çağdaş təhsil sizə daha yaxın və əlçatandır. Tədrisin elektron transformasiyasına böyük əhəmiyyət veririk

Milli-mənəvi dəyərlərə bağlı, Vətənə və dövlətə sadiq, yaradıcı təfəkkürlü və müasir dünyagörüşlü, dərin savadlı və praktik səriştəli, rəqəmsal və xarici dil biliklərinə sahib olan gənc mütəxəssislər və fəal vətəndaşlar yetişdirmək əsas hədəflərimizdəndir.

prof.Cəfər Cəfərov
Rektor

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search