Previous Next

ADPU-nun Quba filialında Zəfər Günü qeyd olundu: Ulu Öndər Heydər Əliyevin Böyük Zəfər yolu

ADPU-nun Quba filialında  “Heydər Əliyev İli”  və 8 Noyabr – Zəfər Günü ilə əlaqədar “Ulu Öndər Heydər Əliyevin Böyük Zəfər yolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə filialın direktoru, dosent Yusif Alıyev, Quba Rayon İcra Hakimiyyətinin (RİH) məsul əməkdaşı Aynur Yəhyayeva, Azərbaycanın görkəmli şairi Ramiz Qusarçaylı, şəhid ailələri, qazilər, filialın professor-müəllim heyəti və tələbə kollektivi iştirak edib.
Filialın Humanitar və sosial elmlər, Riyaziyyat və təbiət elmləri fakültələrinin və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə ərsəyə gələn tədbirdə, əvvəlcə,  Dövlət Himni ifa edilib, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca 8 Noyabr - Zəfər Gününə həsr edilən videoçarx təqdim edilib.
Tədbiri giriş nitqi ilə açıq elan edən ADPU-nun Quba filialının direktoru, dos. Yusif Alıyev qonaqları salamlayıb, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində milli qurtuluşdan başlayan və Ali Baş Komandan İlham Əliyevin nəyi, nə zaman edəcəyini bilən liderlik fəaliyyətinin nəticəsində zəfərə aparan yol və Zəfər Günü haqqında geniş məruzə edib.
Filialın Ədəbiyyat və dillər kafedrasının müəllimi Kəmalə Bayramovanın moderatorluğu ilə davam edən tədbirin rəsmi hissəsində Quba RİH-ın məsul işçisi Aynur Yəhyayeva, Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri, görkəmli şair Ramiz Qusarçaylı, şəhid Miqdad Abduləlimovun atası Faiq Abduləlimov,  şəhid Aqil Məlikovun həyat yoldaşı Günel Məlikova, şəhid Şahin Allahyarovun anası Nərgiz Allahyarova, şəhid Seymur Qocayevin anası Rəsmiyə Qocayeva, şəhid Tamerlan Əliyevin anası Zümrüd Əliyeva və şəhid Nuran Mirzəyevin atası Akif Mirzəyev çıxış ediblər.
Çıxışlardan sonra isə şəhid ailələrinin üzvləri və qazilər 8 Noyabr - Zəfər Günü münasibəti ilə Filialın direktoru tərəfindən “Fəxri fərman”la təltif edilib.
Tədbirin bədii hissəsində Riyaziyyat və təbiət elmləri fakültəsinin və TGT-nin hazırladığı ədəbi-bədii kompozisiya təqdim olunub.
Daha sonra Filialın Heydər Əliyev Mərkəzində şəhid ailələrinin üzvləri və qazilərlə görüş keçirilib. Görüşdən sonra Filialda yaradılan şəhid Nuran Mirzəyev adına Xarici dil auditoriyası ziyarət edilib, şəhid anasının çiçək hədiyyəsi auditoriyaya təqdim edilib,  xatirə şəkilləri çəkdirilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search