Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İncəsənət və fiziki tərbiyə fakültəsinin Təsviri incəsənət və onun tədrisi texnologiyası kafedrasının müəllimi, rəssam Səyyar Əliyev noyabrın ayında Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Ankarada Şuşa mədəniyyət günləri” çərçivəsində TÜRKSOY-un baş ofisində keçirilən şuşalı rəssamların şəhərin tarixini, özünəməxsus təbiətini, gözəlliyini özündə əks etdirən rəsm əsərlərinin sərgisində iştirak edib. Rəssamın Şuşaya həsr olunan əsərləri maraqla qarşılanıb.