Previous Next

Pedaqoji Universitetdə bayram şənliyi keçirilib

Dekabrın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) İncəsənət və fiziki tərbiyə və Tarix və coğrafiya fakültələrinin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə bayram şənliyi keçirilib. 
Tədbirdə Pedaqoji Universitetin rektoru, professor Cəfər Cəfərov, sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev, Tarix və coğrafiya fakültəsinin dekanı, dosent Asif Axundov, İncəsənət və fiziki tərbiyə fakültəsinin dekanı, dosent Anar Fərmayılov, eləcə də professor-müəllim və tələbə kollektivi iştirak edib. 
Açılış nitqi söyləyən rektor, prof. Cəfər Cəfərov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müəllim və tələbələri təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə tələbələrin təqdimatında “Tərəkəmə”, “Xoşbəxtlik”, “Naxçıvani”, “Ləzginka”, “Dağlar gözəli” milli rəqsləri, tar və qarmonda milli musiqilər, “Popuri” və “Yeni il” mahnıları, “Cəngi” əsəri, “Arşın mal alan” operasından qızlar xoru səsləndirilib. Şaxta baba ilə qar qızın gəlişi tədbirə özünəməxsus rəng qatıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search