Previous Next

ADPU əməkdaşları və fəal tələbələri də “Heydər Əliyev İli”ndə fərqləndiklərinə görə təltif olunublar

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli Sərəncamının icrası ilə əlaqədar Səbail rayonunda il ərzində keçirilmiş yaradıcılıq festivallarının, müxtəlif nominasiyalar üzrə müsabiqələrin qaliblərinin, eyni zamanda rayonun ictimai-siyasi həyatında fərqlənənlərin mükafatlandırılma tədbiri keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları və fəal gənclər iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Heydər Əliyev İli” elan olunmuş 2023-cü ilin ölkəmizin ictimai-siyasi həyatı baxımından mühüm əhəmiyyət daşıdığını bildirən Rayon İcra Hakimiyyəti başçısı Vuqar Zeynalov “Tədbirlər Planı”nın təsdiqlənməsinin Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin çoxşaxəliliyini, miqyasının böyüklüyünü təsdiqlədiyini diqqətə çatdırıb. Tədbir zamanı cari il ərzində keçirilən tədbirlər və konfransların Heydər Əliyev epoxasının reallıqlarını və ideyallarını cəmiyyətə çatdırmaqla bərabər, həm də müstəqil Azərbaycan dövlətinin müasir mərhələsinin möhtəşəm nailiyyətlərini əhatə etdiyi qeyd olunub.
Sonda Səbail rayonunda il ərzində keçirilmiş tədbir və müsabiqələrdə, rayonun ictimai-siyasi həyatında fərqlənmiş  gənclər Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təltif olunublar.
Qeyd edək ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri, mətbuat katibi Cavid Hüseynov, şöbənin redaktoru Taleh Mirzəyev, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin mütəxəssisi İsmayıl Nəsirov, eləcə də ADPU Tələbə Gənclər Təşkilatının sədri Təhmasib İmaməliyev, ADPU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Cəmilə Qurbanova və ADPU Təhsil Könüllüləri Tələbə Birliyinin sədri Nərgiz Quliyeva da il ərzində Səbail rayonunda ictimai-siyasi həyatda fərqləndiklərinə görə təltif olunanlar arasında yer alılar.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search