Previous Next

Prezident İlham Əliyevin andiçmə mərasimi Azərbaycanda sabitlik, firavanlıq və demokratiyanın möhkəmlənməsi yolunda mühüm addımdır

2003-2023-cü illər Azərbaycan tarixinə xüsusi dəst-xətlə yazılmış illər olaraq artıq geridə qaldı. 2003-cü ildə cənab İlham Əliyev ölkə Prezidenti seçilərək Ümummilli Lider Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməsi ilə Ulu Öndərin ölkəyə ikinci dəfə rəhbərliyi dövründə Azərbaycanda yaratdığı və inkişafına, müstəqilliyinin əbədiliyinə nail olduğu yeni Azərbaycanın daha böyük tərəqqisinə nail oldu.

Fevralın 7-də ölkəmizdə keçirilən prezident seçkilərində xalqımız öz iradəsini ifadə edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə inam və etimadını bir daha təsdiqlədi. Tariximizə Zəfər seçkisi kimi düşən bu seçkilərin qalibi Müzəffər Ali Baş Komandan, xalqımıza uzun əsrlərdən sonra ilk dəfə Zəfər sevinci yaşadan qalib Lider İlham Əliyev oldu. Bununla da, müasir və müstəqil Azərbaycanın tarixində yeni mərhələ başlanıldı.

Fevralın 14-də cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi Milli Məclisdə andiçmə mərasimi təkcə ölkə üçün deyil, bütün region üçün əlamətdar hadisə kimi tarixə düşdü. Ölkə başçısı andiçmə mərasimindəki nitqində ölkənin hərtərəfli inkişafının, xüsusən də iqtisadi və sosial rifah kontekstində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq qeyd etmişdir: “Biz son 15 il ərzində iqtisadi islahatlar aparmışıq və iqtisadi məsələlərə xüsusi diqqət yetirmişik. Çünki mən dəfələrlə demişəm və həyat bunu göstərir, ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər. Əgər sən kimdənsə asılısansa, - ya kreditdən asılısan, ya başqa dövlətdən asılısan, - heç vaxt, sözün əsl mənasında, müstəqil siyasət aparmaq iqtidarında olmayacaqsan. Ona görə biz çalışırdıq ki, iqtisadi müstəqilliyə çataq və buna da nail olduq”.

Əlbəttə, güclü iqtisadiyyat olmadan heç bir inkişafdan söhbət gedə bilməz. 90-cı illərdə torpaqlarımızın işğalı ölkəmizin böhran vəziyyətinə düşmüş iqtisadiyyatı səbəbindən reallaşa bildi. Çünki ordu infrastrukturunun yox dərəcədə olması işğalın əsasını təşkil edirdi. Ölkə vətəndaşlarının həmin illərdə yaşayış səviyyəsinin aşağı olması səhiyyə, təhsil və digər sahələrdə bir çox problemlərlə üzləşməsi ilə nəticələnirdi.

Müstəqillik illərinin qızıl dövrü hesab edilən ötən 20 ildə isə  “Güclü iqtisadiyyat ən önəmli şərtdir”, – deyən Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş tədbirlər nəticəsində Azərbaycan iqtisadi inkişaf parametrlərinə görə dünyada lider mövqeyə malik oldu.

Prezident İlham Əliyevin 20 illik fəaliyyətinin zirvəsində isə ərazi bütövlüyünün və suverenliyimizin bərpası dayanır. Bu tarixi nailiyyətə məhz xalqımızın birliyi və dövlət başçısına sonsuz inam sayəsində nail olundu. Xalq 20 illik mübarizənin sonunda öz tarixi torpaqlarını yenidən qazandı. Soydaşlarımız 30 illik ayrılıqdan sonra doğma yurd-yuvasına qovuşa bildi.

Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik.

Ümumiyyətlə, Prezident İlham Əliyevin təcrübəli rəhbərliyi sabitlik və tərəqqi vəd edir ki, bu da Azərbaycan xalqının dinc və firavan gələcəyini təmin etmək üçün son dərəcə vacibdir. Onun təcrübəsi və rəhbərliyi ölkənin strateji prioritetlərinin, o cümlədən, ordu quruculuğunun, iqtisadi inkişafın, təhsilin və səhiyyənin daha da inkişaf etdirilməsində mühüm rol oynayacaq.

Əminliklə qeyd edə bilərik ki,  Prezident İlham Əliyevin andiçmə mərasimi Azərbaycanda sabitlik, firavanlıq və demokratiyanın möhkəmlənməsi yolunda mühüm addımdır.

 

Könül Pirverdiyeva,

ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search