Previous Next

ADPU-da yazıçı Varisin “Qırmızı ləçəklər” romanı müzakirə olunub

Fevralın 23-də Azərbaycan Respublikası Gənclər Fondunun (AzGF) dəstəyi, Böyük Qayıdış Gənclər Təşkilatı İctimai Birliyi (BQGT İB) və Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) təşkilatçılığı ilə ADPU-da məşhur yazıçı Varis Yolçiyevlə tələbələrin görüşü keçirilib. Görüşdə yazıçının Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin həyatı və qəhrəmanlığından bəhs edən və “Xocalıya ədalət!” kampaniyası çərçivəsində çap olunan “Qırmızı ləçəklər” romanı  müzakirə olunub.
Görüş zamanı Varis Yolçiyev müəllifi olduğu kitablarla bağlı tələbələrə məlumat verib, öz uğur hekayəsini onlarla bölüşüb. Daha sonra, müəllif Milli Qəhrəman Əlif Hacıyevin həyat və döyüş yoluna həsr erdiyi “Qırmızı ləçəklər” romanının sujet xəttindən, əsəri yazarkən keçirtdiyi hisslərdən bəhs edib.
Tələbələri maraqlandıran sualları cavablandıran müəllif sonda imzalı kitablarını onlara hədiyyə edib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search