Previous Next

Pedaqoji Universitetdə “Mən rəhbər olsam 4” layihəsi keçirilib

Martın 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsində “Mən rəhbər olsam 4” layihəsi keçirilib. Layihə çərçivəsində fəal tələbələr fakültəyə bir günlük rəhbərlik ediblər.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov, sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev və Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli tələbələrin uyğun vəzifələr üzrə  iş fəaliyyətlərini müşahidə edib, “tələbə rəhbər”lərlə müzakirələr aparıblar. 
Qeyd edək ki, layihə çərçivəsində tələbələr arasında keçirilən səsvermənin nəticələrinə əsasən səs çoxluğu ilə Nərmin Həsənova dekan, Orxan Məmmədli dekan müavini, Nərmin Əlihəsənova Ümumi fizika kafedrasının müdiri, Səma Şahverdiyeva Fizikanın tədrisi texnologiyası kafedrasının müdiri, Aydan Quliyeva STEAM Mərkəzinin direktoru, Qaratel Məsimova Əməyin Texnologiyası kafedrasının müdiri vəzifəsinə, Ceyhun Şəkərov Afət Əsgərli, Yavər Cavadzadə, Aysun Kərimova və Zilan Bağırzadə isə tütor vəzifəsinə seçiliblər. 
Tələblər bir iş günü ərzində müvafiq vəzifələri icra ediblər.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search