Previous Next

Pedaqoji Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Aprelin 15-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ADPU THİK) XVIII hesabat-seçki konfransı keçirilib. 
Konfransda ADPU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyev, ADPU THİK-in keşmiş sədri, dosent Vurğun Məmmədov və ittifaqın üzvü olan tələbələr iştirak ediblər.
Sədr səlahiyyətlərini müvəqqəti icra edən Cəmilə Qurbanova konfransı açıq elan edərək iştirakçıları salamlayıb və konfransda ötən 7 illik dövrdə təşkilatın fəaliyyəti ilə bağlı hesabatın dinləniləcəyini, eyni zamanda yeni idarə heyətinin seçiləcəyini diqqətə çatdırıb . Çıxış edən ADPU HİK sədri, dosent Vaqif Əliyev konfransın işinə uğur diləyib.
Daha sonra gündəliyə uyğun olaraq ADPU Tələbə Həmkarlar İttifaqı Komitəsinə 2003-2024-cü illərdə sədrlik etmiş dos. Vurğun Məmmədov təşkilatın 2017-2024-cü illərdə görülmüş işlər haqqında hesabatını təqdim edib. Hesabat ətrafında çıxış edənlərdən Təftiş Komissiyasının sədri Lamiyə Əlicanova, İnsan resursları departamentinin sədri İlahə Vəliyeva və Filologiya fakültəsi üzrə komitənin sədri Aytac Muradlı Tələbə Həmkarlar İttifaqı Komitəsinin son 7 ildə gördüyü işlər və icra olunan sosial-mədəni fəaliyyətləri müsbət qiymətləndiriblər.
Ümumilikdə, konfrans iştirakçıları hesabat dövründə təşkilatın işini qənaətbəxş hesab ediblər.
Daha sonra Pedaqoji Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin İdarə Heyətinə seçkilər keçirilib. Əvvəlcə, İdarə Heyətinə namizədlər irəli sürülüb və açıq səsvermə yolu ilə yeni tərkib seçilib. 
Yeni tərkibin seçilməsindən sonra ADPU HİK sədri, dos. Vaqif Əliyev 2022-2024-cü illərdə Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini olmuş Cəmilə Qurbanovanın sədrliyə namizədliyini elan edib. 
Açıq səsvermə əsasında Cəmilə Qurbanova mütləq səs çoxluğu ilə Pedaqoji Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin yeni sədri seçilib. 
Çıxış edən ADPU THİK-nın yeni sədri C.Qurbanova göstərilən etimada görə kollektivə öz minnətdarlığını bildirib və tələbələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində əzmlə çalışacağına söz verib. 
Sonda dos. V.Əliyev Universitet rəhbərliyinin Tələbə Həmkarlar İttifaqı Komitəsinə daim diqqət və qayğı ilə yanaşdığını, təşkilatın yeni İdarə Heyəti ilə bundan sonra da uğurla fəaliyyət göstərəcəyinə əminliyini ifadə edib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search