Aprelin 24-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) İbtidai təhsil fakültəsi təşkilatı “Mənəvi dəyər maddi meyarla ölçülə bilməz” mövzusunda görüş təşkil edib.
Görüşün qonağı olan tanınmış yazıçı-naşir, pedaqoq, Hədəf Şirkətlər Qrupunun qurucusu Şəmil Sadiq mənəvi dəyərlər və onun cəmiyyətdə əhəmiyyəti, mövcud olan dəyərlərin gələcək nəsillərə ötürülməsi və təbliği məsələlərinə toxunub, bu istiqamətdə mütaliə mədəniyyətinin rolunu qeyd edib.
Daha sonra qonaq tələbələri maraqlandıran suallara cavab verib.