Previous Next

ADPU-da mütəmadi olaraq “Heydər Əliyev dərsləri” keçirilir

Aprelin 26-da Pedaqoji Universitetin Heydər Əliyev Mərkəzində sözügedən dərslərin növbəti məşğələsi baş tutub. Tarix müəllimliyi ixtisasının TAR2304B və sosial iş ixtisasının SOİ2302B saylı qruplarının iştirak etdiyi tədbir “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi” mövzusunda məruzənin dinlənilməsi ilə başlayıb. Məruzədə qeyd edilib  ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi 30 ildən artıq bir dövr  ölkənin dirçəliş və sürətli inkişaf mərhələsini təşkil edir. Heydər Əliyev müstəqil Azərbaycanın prezidenti seçildikdən sonra Respublikanın  ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında ciddi dönüş yaranıb, beynəlxalq əlaqələri əhəmiyyətli dərəcədə genişlənib. Ümummilli Lider öz  uzaqgörən siyasəti ilə dövlətçilik, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərləri ehtiva edən azərbaycançılıq ideologiyasının əsasını qoyub.
Məruzə başa çatdıqdan sonra tələbələr mərkəzdəki eksponatlarla tanış olublar. Tələbələrə məlumat verilib ki, burada  Ulu Öndərlə bağlı 400-dək foto, arxiv sənədinin surəti, kitab, jurnal, məcmuə və digər əşyalar qorunub saxlanılır.
Dərsin “film saatı” adlanan hissəsində iştirakçılar H.Əliyevin həyat və fəaliyyətinə  həsr olunmuş sənədli filmə tamaşa ediblər. “Xəzər” televiziyasının ərsəyə gətirdiyi filmin izlənməsindən sonra müzakirələr  başlayıb,  tələbələr Ulu Öndərlə bağlı  sualları cavablandırıblar.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search