Previous Next

ADPU-nun Şəki filialında “Açıq qapı” günü keçirilib

Mayın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Açıq qapı” günü keçirilib. 
Ümumi təhsil məktəblərinin buraxılış siniflərinin şagirdlərinin filialda tədris prosesi, mövcud şöbə və bölmələrin işi ilə  yaxından tanış olmalarını təmin etmək və qəbul aparılacaq ixtisaslar haqqında məlumat vermək məqsədi ilə keçirilən “Açıq qapı”da Şəkinin ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər. 
Əvvəlcə, filialın direktoru, dosent Vurğun Məmmədov şagirdlərlə görüşüb, onlara təhsildə uğurlar arzulayıb və 30 ildən artıq müddətdə fəaliyyət göstərən filialda zəngin ənənələrin olduğunu, güclü kadr potensialının mövcudluğunu, təhsil almaq üçün gənclərə əlverişli mühit yaradıldığını diqqətə çatdırıb.
Filialın akt zalında davam edən görüşdə tədris işləri üzrə direktor müavini, dos. Gülarə Abdullayeva, Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri, professor Firədun İbrahimov və Karyera Mərkəzinin müdiri Xuraman Həmidova şagirdlərə filialın struktur və bölmələri, qəbul aparılan ixtisaslar, filialda tələbələrin asudə vaxtlarının səmərəli təşkili istiqamətində görülən işlər və tələbə təşkilatları barədə əhatəli məlumat veriblər. 
Daha sonra şagirdlər filialın ayrı-ayrı struktur bölmələri və auditoriyalarda olub, onlara canlı iş və tədris prosesi ilə tanış olmaq üçün şərait yaradılıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search