Previous Next

ADPU-da “Növbəti dayanacaq: İmtahan” adlı tədbir keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsil Könüllüləri Tələbə Birliyinin (ADPU TKTB) təşkilatçılığı ilə “Növbəti dayanacaq: İmtahan” mövzusunda əyləncəli bədii tədbir keçirilib. 
İmtahan öncəsi tələbələrə motivasiya vermək məqsədi ilə keçirilən tədbirdə musiqili “Dərs prosesi” səhnəciyi, rəqslər, tələbələrin ifalarında qarmonda və pianoda müxtəlif musiqilər səsləndirilib. 
Həmçinin tədbir zamanı tələbələrlə əyləncəli oyunlar keçirilib. Oyunda iştirak edən tələbələrə və qalib olan 2 tələbəyə hədiyyələr təqdim olunub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search