Previous Next

279 saylı tam orta məktəbin şagirdləri Pedaqoji Universitetdə olublar

Mayın 20-də Bakı şəhəri 279 saylı tam orta məktəbin X-XI sinif şagirdləri Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ekskursiyada olublar. 
Şagirdləri qarşılayan Tədris Departamentinin Məzun Koordiyasiya və Karyera şöbəsinin müdiri Könül Əsgərova Pedaqoji Universitet haqqında ümumi məlumat verərək, müəllimlik peşəsinə yiyələnmək istəyən hər bir abituriyentin ADPU-da yüksəksəviyyəli mütəxəssis kimi yetişə biləcəyini qeyd edib.
Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov və Tədris Departamentinin direktoru, dosent Sənan Əliyevlə şagirdlərlə görüşüb, tövsiyələrini veriblər. 
Universitetlə tanış olan şagirdlər Heyder Əliyev muzeyi və Kitabxana-İnformasiya Mərkəzində olublar. Kitabxana-İnformasiya Mərkəzinin müdiri Zinarə Həsənova kitabxana haqqında şagirdlərə məlumat verib, burada tələbələrin elektron kitabxananın imkanlarından və rahat iş mühitindən faydalandıqlarını diqqətə çatdırıb.
Filologiya fakültəsinin dekan müavinləri Pəri Paşayeva və Zenfira Abbasova ilə görüşən şagirdlər Xarici Dillər Mərkəzinin müdiri, dosent Ülviyyə Hacıyevanın ingilis dili dərsində iştirak edibər.
Daha sonra isə Fizika fakültəsinin dekanı, dosent Arzu Daşdəmirov şagirdləri STEAM laborotoriyası və “Elm” muzeyi ilə tanış edib. Kimya və biologiya fakültəsinin müəllimi Zəminə Məlikova isə Zoologiya muzeyində olan şagirdlərə muzeydə qorunan eksponatlar haqqında ətraflı məlumat verib

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search