Previous Next

ADPU-nun Quba filialında “Yeni dövrün Azərbaycanı” XV Beynəlxalq beynəlxalq elmi konfransı keçirilib

Mayın 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Ümummili Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Azərbaycanşünaslığın aktual  məsələləri: Tədqiqat, elmi diskurs, beynəlmiləlləşmə. Yeni dövrün Azərbaycanı” mövzusunda XV Beynəlxalq elmi konfrans keçirilib. Qeyd edək ki, adıçəkilən konfransın əsas bölməsi 2-3 may tarixlərində Bakı Slavyan Universitetində keçirilib.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Bakı Slavyan Universiteti (BSU), Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili  və Kommunikasiyalar Mərkəzi, Sosial Tədqiqatlar Mərkəzi və ADPU-nun birgə təşkilatçılığı ilə həyata keçirilən konfransdan əvvəl Ulu Öndər Heydər Əliyevin Quba şəhərində yerləşən abidəsi ziyarət edilib.
Quba filialının direktoru, dosent Yusif Alıyevin moderatorluğu ilə həyata keçirilən plenar bölmədə, əvvəlcə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və müasir Azərbaycanın qurucusu və memarı olan Ulu Öndər Heydər Əliyevin, vətənimizin ərazi bütövlüyü, suverenliyi yolunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dos. Yusif Alıyev filial üçün konfransın əhəmiyyətinə diqqət çəkib, Respublikanın qabaqcıl universitetləri ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Həmçinin filialda kadrların elmi uğurlarının kifayət qədər olmasını da diqqətə çatdırıb.
Daha sonra Quba rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova çıxış edərək rayon rəhbərliyi adından qonaqları salamlayıb, konfransın işinə uğurlar arzulayıb. 
BSU-nun rektoru, konfransın Təşkilat Komitəsinin sədri, dosent Anar Nağıyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi müstəsna tarixi xidmətlərindən, onun siyasi irsinin əhəmiyyətindən söz açıb. Rektor konfransın əsas məqsədlərindən biri kimi Qərbi Azərbaycan məsələlərinə, Azərbaycanşünaslığa və digər mövzulara həsr olunmuş tədqiqatların, məruzələrin təqdim olunacağını diqqətə çatdırıb. Həmçinin BSU ilə ADPU-nun Quba filialı arasında əlaqələrin davamlılığından və konfransın ADPU-nun Quba filialında keçirilməsinin təsadüfi olmamasından bəhs edib.
Konfransa onlayn formada qatılan Pedaqoji Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova mötəbər konfransın bölməsinin Quba filialında keçirilməsinin əhəmiyyətinə diqqət çəkib və qeyd edib ki, Qərbi Azərbaycan mövzusunda tədqiq edilən bütün elmi problemlərin öyrənilməsinin və araşdırılmasının metodoloji əsasında bu cür konfranslar müstəsna rol olynayır ki, bunlara da regionda çalışan alimlərin dəstək verməsi çox vacibdir. 
Daha sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib. Bölmə iclasında iyirimiyə yaxın məruzə, həmçinin onlayn formada xarici tərəfdaşların maraqlı çıxışları dinlənilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search