Mayın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ADPU-nun Gənc Alimlər və Tədqiqatçılar Şurası və Tələbə Elmi Cəmiyyətinin növbəti birgə iclası keçirilib.
İclasda “ADPU-2030 Strateji İnkişaf Planı (2024-2030)” sənədinin işçi variantı müzakirə olunub.
Tələbə Elmi Cəmiyyətinin sədri, professor Əli Zalov giriş nitqində Strateji İnkişaf Planının (SİP) məqsədi, əhəmiyyəti, aktuallığı haqqında iştirakçıları məlumatlandırıb.
Daha sonra çıxış edən Gənc Alimlər və Tədqiqatçılar Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru İlkin Əsgərov da SİP-nin strateji məqsəd və hədəflərini diqqətə çatdıraraq qeyd edib ki, iclas Elmi Şuranın qərarına əsasən qəbul olunmuş daxili müzakirə cədvəli əsasında təşkil olunub.
İclasda riyaziyyat üzrə fəlsəfə doktoru Tünzalə Hüseynova, biologiya üzrə fəlsəfə doktoru Bəsti Əsədova, filologiya üzrə fəlsəfə doktorları Sahilə İbrahimova və Samirə Əliyeva, biologiya üzrə fəlsəfə doktorları Dilruba Aslanova və Gülnar Əlizadə və digər üzvlərin Stateji İnkişaf Planı haqqında təklif və rəyləri dinlənilib.
İclasın sonunda isə SİP-nin təkmilləşdirilməsi istiqamətində səsləndirilmiş qeyd və təkliflər ümumiləşdirilərək qruplaşdırılıb.