"Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri" müsabiqəsinin qalibi Aida Mübariz qızı İbrahimova Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəbin məzunudur. Məktəbi qırmızı attestatla bititib. Məktəb illərində rus dilində olimpiadalarda iştirak edib.
2022-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində qəbul olunub. Kimya və biologiya fakültəsinin II tədris ili tələbəsidir. İxtisas seçimində ilk yerdə ADPU-nu seçdiyinə görə “Gələcəyin müəllimi” təqaüdü alır. Əlaçı tələbədir.
“Bir Könüllü” təşkilatında könüllülük fəaliyyəti göstərir.