+994124930032    [email protected]   Abiturient

Previous Next

İctimai Şuranın üzvləri Quba filialında imtahan prosesini izləyiblər

İyunun 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının direktoru dosent Yusif Alıyev, filialda yaradılan İctimai Şuranın üzvləri – Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Quba 5 saylı Regional “Mətbuat yayımı” idarəsinin rəisi, şair Ramiz Qusarçaylı, Quba Dövlət Sosial İqtisad Kollecinin direktoru Cəvahir İskəndərova, Quba şəhər Azad Məmmədov adına 2 saylı tam orta məktəbin direktoru Eynulla Camalov, habelə filialın sosial və humanitar məsələlər üzrə direktor müavini p.ü.f.d. Aysel Şeydayeva, valideynlərdən Fikrət Babayev, Vasif İlyasov, Zahidə Feyzullayeva və digərləri tələbələrin imtahan prosesini izləyib, filialda yaradılan təlim, tədris şəraiti ilə tanış olublar.

      YAP Quba rayon təşkilatının sədri F.Hüseynova görüş zamanı tələbələrə uğurlar arzu edib, dos. Y.Alıyevlə gənclərin inkişafı istiqamətində fikir mübadiləsi aparıb.

      Sonda filialın tədris korpusu ilə tanışlıq olub, yeni quraşdırılan turniket sistemi təqdim olunub. İctimai şuranın üzvləri görkəmli şair Ramiz Qusarçaylı, Eynulla Camalov, Cəvahir İskəndərova bir daha filialda son dövrlər aparılan yeniliklər, irəli sürülən layihələrdən xəbərdar və məmnun olduqlarını ifadə ediblər.

     Qeyd edək ki, ADPU Quba filialında 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası çərçivəsində filialda tədrisin təşkili, tədris fəaliyyətinin, o cümlədən imtahan prosesinin monitorinqi üçün İctimai Şuranın yaradılmasını təmin etmək məqsədilə, həmçinin filialda vətəndaş cəmiyyəti platformasının resurslarından istifadə etməklə tədrisin təşkili, tədris fəaliyyətinin, o cümlədən, imtahan prosesinin monitorinqi, təhsil alan tələbələrin gündəlik qayğılarının öyrənilməsi, onlara əməli kömək göstərilməsi və sair məsələlərin təmin olunması məqsədi ilə  İctimai Şura yaradılıb.

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı, Səbail, AZ1000

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Faydalı resurslar

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin