Previous Next

Prof. Mahirə Hüseynova BZT Turan Akademiyasının Türk Dünyası Alim Qadınlar Şurasının sədri seçilib

3 May - Türk Millətçiliyi Günü münasibətilə Bakı şəhərində BZT Turan Akademiyasının təşkilatçılığı ilə Türk dünyasının elmi, mədəni və pedaqoji əməkdaşlığını daha da gücləndirməyi hədəfləyən toplantı keçirilib. Toplantıda Özbəkistanın 15-ə qədər nüfuzlu universitetindən — STARS Beynəlxalq Universiteti, Jurnalistika və Kütləvi Kommunikasiya Universiteti, Milli Tədqiqatlar Universiteti, Daşkənd İrriqasiya və Aqrotexnika Avtomatlaşdırma İnstitutu, Özbəkistan-Finlandiya Pedaqogika Universiteti, Səmərqənd Dövlət Xarici Dillər Universiteti, Buxara Dövlət Universiteti, Əbu Əli İbni Sina adına Buxara Dövlət Tibb İnstitutu, İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universiteti, Daşkənd Tibb Akademiyası, Vebster Universiteti (Daşkənd), Turin Politexnik Universitetinin Daşkənd Filialı, Kokand Pedaqoji Universiteti, Daşkənd Əczaçılıq Universiteti və Daşkənd Dövlət İqtisadiyyat Universitetindən nümayəndə heyətləri qatılıb. Toplantıda, eyni zamanda Türkiyə Respublikasından da çoxsaylı elm adamları iştirak ediblər.

Toplantı zamanı Özbəkistanın Məmun Universiteti və Ürgənc Dövlət Pedaqoji Universitetinin təklifi ilə irəli sürülən namizədlər arasından Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Türk dünyasının önəmli tədqiqatçılarından biri olan professor Mahirə Hüseynova Türk Dünyası Alim Qadınlar Şurasının sədri seçilib.

BZT Turan Akademiyasının Türkiyə üzrə rəhbəri Baha Əhməd Yılmaz və Azərbaycan üzrə rəhbəri Niyaməddin Şükürov prof. Mahirə Hüseynovaya Türk dünyası ziyalılarının inkişafına, əməkdaşlığına verdiyi töhfə üçün dərin minnətdarlıqlarını çatdırıblar.

Qeyd edək ki, 2019-cu ildən etibarən bir qrup gənc və təşəbbüskar alim tərəfindən təsis edilən BZT Turan Akademiyası 27 fərqli ölkədən 68-dən çox elmi qurumla tərəfdaşlıq edərək, beynəlxalq konqreslər, simpoziumlar, təlimlər və elmi layihələr vasitəsilə bütün dünyadakı tədqiqatçıları bir araya gətirməyi qarşısına məqsəd qoyub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search