Previous Next

40 ilin məzunları ADPU-da

Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai Təhsil fakültəsinin 1978-1982 - ci illərdə tələbə olmuş məzunların 15.07.2022 - ci il tarixində Tədris Departamentinin Məzun Koordinasiya və Karyera şöbəsinin təşkilatçılığı ilə 40 illik yubileyləri Universitetdə qeyd edilmişdir.
Məzunların 40 illik yubileyini giriş sözü ilə Universitetin rektoru, professor Cəfər Cəfərov açmışdır .
Universitetin nəaliyyətləri, yenilikləri və yeni inkişafı haqqında məzunlara ətraflı məlumat verdi. Sonra söz Məzun Koordinasiya və Karyera şöbəsinin müdiri Könül Əsgərovaya verildi. Bu gün qarşımızda əyləşən hər bir məzuna Azərbaycanın müxtəlif bölgələrindən təhsil və təlim işçiləri kimi fəaliyyət göstərmələrindən, elm və texnikanın yenilikləri gənclərə necə öyrətmələri barədə fikirlərini bildirərək onlara gələcək həyatlarında yeni-yeni müvəffəqiyyətlər arzuladı. .
1982 -ci ilin məzunun olan Fərrux Rüstəmov hazırda İbtidai təhsil fakültəsinin dekanı vəzifəsin icra edir. O öz çıxışında tələbəlik illərində xatirələrindən və fakültə haqqında məlumat verdi. Sonra vaxtilə İbtidai təhsil fakültəsinə dərs demiş Zahid Xəlil məzunlara həmin illərin xatirələrindən danışdı. Sonra məzunların hər birinə söz verilərək onların ürək sözləri dinlənildi. Sonra məzunlarla xatirə şəkili çəkildi.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search