Previous Next

ADPU rektoru imtahanların gedişi ilə tanış olub

İyunun 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) yaz semestrinin imtahan sessiyasına start verilib. İyunun 4-də ADPU-nun rektoru professor Cəfər Cəfərov universitetdə yaz semestrinin imtahan sessiyasının gedişini izləyib.
Rektor yazılı və şifahi imtahanların gedişini yerində izləyib,  imtahan prosesinin gedişini tənzimləmək, yarana biləcək problemlərin operativ həll olunması üçün yaradılmış İmtahan Qərargahı və Apelyasiya Komissiyasının işi, eyni zamanda imtahan nəticələrinin yoxlanılması prosesi ilə tanış olub.
Qeyd edək ki, ADPU-da yaz semestrinin imtahan sessiyası yazılı və şifahi formada təşkil edilir və 02 iyun - 04 iyul 2025-ci il tarixləri aralığında davam edəcək. Sessiyada 9344 bakalavr, 585 nəfər magistrant olmaqla ümumilikdə 10 min nəfərədək təhsilalanın iştirakı gözlənilir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search