Previous Next

"Gələcək Təhsil Liderləri"ni siz də tanıyın – Səbinə Mehtiyeva

"Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri" müsabiqəsinin II mövsümünün qaliblərini təqdim edirik:

Səbinə Zeynal qızı Mehtiyeva 2020-ci ildə Qusar rayonu Çingiz Qurbanov adına Həzrə kənd tam orta məktəbini bitirərək Azərbaycan Dövlət Pedaqoji Universitetin Riyaziyyat və informatika müəllimliyi ixtisasına qəbul olunub. 2021-ci ildən təhsilini ADPU-nun SABAH qruplarında davam etdirir. “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri ” müsabiqəsinin yarımfinalçısı olub. “Nə ? Harada ? Nə zaman ?” oyunu üzrə “Universitet liqası” layihəsinin payız mövsümünün “Bilik Kuboku”nda fəal iştirakına görə təltif olunub. Universitet daxilində keçirilən müxtəlif intellektual yarışmaların qalib və mükafatçısı olub. “MaestRobot Competition & Festival” müsabiqəsinin Azərbaycan mərhələsində I yerin qalibi olub. Hazırda özəl təhsil müəssisələrindən birində təcrübəçidir. Yüksək akademik göstəriciləri ilə fərqlənir.

#ADPU #PUGTLII #PedaqojiUniversitet #GələcəkTəhsilLiderləri #eduaz #ElmvəTəhsilNazirliyi #edugovaz #EATDA #bp #səndəbacararsan

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search