Previous Next

ADPU tələbələri “Dolu” filmini müzakirə ediblər!

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Gənclər Təşkilatının (ADPU TGT) təşkilatçılığı ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) “ÇƏTİR” proqramı çərçivəsində 27 Sentyabr – Vətən müharibəsinin anım günü münasibəti ilə Bakı Gənclər Mərkəzinin Kino zalında “Dolu” filmi nümayiş olunmuşdur.
Nümayişdən əvvəl Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, Vətən müharibəsi və 12-13 Sentyabr şəhidlərinin əziz xatirələri yad edilmişdir.
Filmin nümayişindən sonra tələbələr filmlə bağlı müzakirələr aparmış, vətənpərvərlik ruhunun tərbiyə olunmasında incəsənətin mühüm rolunu qeyd etmişlər.
Bildirilib ki, bu gün artıq Azərbaycan torpaqları işğaldan azad edilib və tələbə-gənclərin işğaldan azad olunmuş torpaqlarımızın bərpasında və Azərbaycan həqiqətlərinin dünyada təbliği işində üzərlərinə böyük missiya düşür.

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı, Səbail, AZ1000

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin