Previous Next

Şəki filialının professor-müəllim heyəti və tələbələri Şəhidlər xiyabanını ziyarət ediblər!

Sentyabrın 27-də ölkəmizin hər yerində olduğu kimi, ADPU-nun Şəki filialında da Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda gedən müharibədə canlarını qurban vermis şəhidlərin xatirəsi hörmətlə yad edilib. Bu münasibətlə sərgi təşkil olunub. Filialın tələbələri sərgidə şəhidlərin, Azərbaycan ordusunun qəhrəmanlığını və ölkəmizin qələbəsini əks etdirən foto-materiallarla və kitablarla tanış olublar. Eyni zamanda filialın çoxsaylı kollektivi Şəki şəhər Şəhidlər xiyabanına gedərək, Vətən yolunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsini yad edib, məzarları üzrinə tər çiçəklər qoyublar.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search