Previous Next

Beynəlxalq proqram çərçivəsində Azərbaycanda könüllü fəaliyyət göstərən almaniyalı gənc ADPU tələbələri ilə təəssürartlarını bölüşüb!

ADPU Strateji İnkişaf Mərkəzinin təşkilatçılığı və Sağlam Düşüncə Gənclər Təşkilatının tərəfdaşlığı ilə Avropa Həmrəylik Korpusu proqramı çərçivəsində Azərbaycanda könüllü olaraq fəaliyyət göstərən almaniyalı gənc Laura Kilianın tələbələrlə görüşü təşkil edilib.
100-dən çox tələbənin iştirak etdiyi görüşdə L.Kilian Azərbaycanda könüllü kimi fəaliyyət göstərdiyi proqram haqqında, eləcə də könüllü kimi cəlb olunduğu layihələr barədə danışıb.
Spiker proqram çərçivəsində qazandığı təcrübələrdən də danışaraq gəncləri istər ölkə daxilində, istərsə də ölkə xaricində könüllü fəaliyyətlərə fəal cəlb olunmağa səsləyib.
Eyni zamanda, o, könüllülük proqramına müraciət qaydaları haqqında danışaraq motivasiya məktubunda diqqət yetirilməsi lazım olan məsələlərə toxunub və tələbələri maraqlandıran sualları ətraflı cavablandırıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search