Previous Next

ADPU-nun təlimçiləri Polis Akademiyasının pedaqoji heyəti üçün “Müəllim hazırlığının müasir problemləri” mövzusunda təlim kursu keçiblər!

Oktyabrın 20-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin təlimçiləri tərəfindən bu təhsil müəssisəsinin pedaqoji heyəti üçün təşkil olunan təlimlərin bağlanış və təltifetmə mərasimi keçirilib.
Tədbirdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, ümimi işlər üzrə prorektor Tural Cəlilov, Magistratura və doktorantura şöbəsinin müdiri, s.e.ü.f.d. Rəşad Sadıqov, Davamlı təhsil və innovasiyalar bölməsinin müdiri dosent Polad Mədədov, həmin bölmənin baş mütəxəssisləri Dilguşə Süleymanova və Fəridə Hüseynova, İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının baş müəllimi, p.ü.f.d. Gülşən Eminova və Akademiyanın rəhbər və pedaqoji heyəti iştirak ediblər.
Açılış sözü ilə çıxış edən Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov 100 illik tarixi olan Akademiyanın uğurlarından, həyata keçirilən tədbirlərdən danışaraq ADPU ilə əlaqələrin qurulmasının əhəmiyyətindən danışmışdır.
Tədbirdə çıxış edən ADPU-nun rektoru prof. Cəfər Cəfərov tarixi ənənələrə malik olan Pedaqoji Universitetin uğurlarından bəhs etmiş, Polis Akademiyası ilə təcrübə məqsədi daşıyan “Müəllim hazırlığının müasir problemləri” adlı təlimin müdavimlərini təbrik edərək onlara sertifikatlar təqdim etmişdir.
Hər iki təhsil ocağının rəhbərləri əməkdaşlıqlarından məmnunluq duyduqlarını qeyd edərək əməkdaşlıqlarının davamlı olacağını vurğulamışlar.
Qeyd edək ki, ADPU-nun təlimçiləri tərəfindən 06.12.2021-23.06.2022-ci il tarixlərdə Polis Akademiyasının pedaqoji heyəti üçün ödənişli əsaslarla əyani formada “Müəllim hazırlığının müasir problemləri” adlı 42 saatlıq təlim təşkil edilmişdir. Təlimlər universitetin Davamlı təhsil və innovasiyalar bölməsinin müdiri Polad Mədədovun rəhbərliyi ilə ADPU-nun əməkdaşları tərəfindən aparılmşdır. Təlimçilər Ənvər İmanov “Monitorinq və qiymətləndirmənin təşkili”, Heydər Cəfərov “Təlim və tərbiyənin vəhdətinin təmin olunması”, “Təhsilalanların şəxsiyyət kimi formalaşması”, Leyla Əliyeva “Tədris prosesi, onun didaktik prinspləri”, “Tədris prosesinin psixoloji aspektləri”, “Mühazirə, seminar-təcrübə dərslərinə verilən müsir tələblər”, Dilguşə Süleymanova “Müəllimlərin pedaqoji məharətinin yüksəldilməsi”, “Tədrisdə interaktiv təlim metodlarının tətbiqi”, “Motivasiya tədbirlərinin tətbiqi”, Fəridə Hüseynova “Tədris resurslarının hazırlanmasına qoyulan müasir tələblər”, “Təhsil resurslarından səmərəli istifadə”, “Müəllimlərin elmi-tədqiqat fəaliyyəti və nəticələrinin tədris-təlimprosesinə tətbiqi”, “Tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb olunması”, “Təhsilalanların birliyinin qiymətləndirilməsi”, “Tələbənin sərbəst işi”, Gülşən Eminova isə “Tələbələrin əlavə mənbələrdən istifadəsi, əsas və əlavə ədəbiyyatların həcmi”, “Müəllim şəxsiyyətinin tədris prosesində rolu”, “Pedaqoji prosesdə konfliktlər və onların idarə olunması”, “Nəzəri biliklərin təcrübə ilə əlaqələndirilməsi” və “Auditoriyanın idarə edilməsi” mövzularında təlim kursunu tədris etmişlər.
Yekunda təlimdə iştirak edən nəfər 51 nəfər müdavim kursu uğurla başa vurmuşdur.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search