Previous Next

Pedaqoji Universitetdə “Texnologiya günü” keçirildi

Dekabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Fizika fakültəsinin təşkilatçılığı ilə “Texnologiya günü” adlı tədbir keçirilib.
Universitetin böyük akt zalında keçirilən tədbirdə ADPU rəhbərliyi, fakültə dekanları, professor-müəllim heyəti və tələbələr iştirak edib.
“Texnologiya günü”nə həsr olunmuş sərgidə texnologiya müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrin hazırladıqları əl işləri, müxtəlif materiallardan dizayn edilmiş modellər, kulinariya məhsulları nümayiş etdirilib.
Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan bədii hissədə tələbələrin hazırladıqları rəqslər, tamaşalar iştirakçılara xoş təsir bağışlayıb. Vətən müharibəsində igid oğullarımızın qəhrəmanlıqlarını əks etdirən “Qayıdış” səhnəsi xüsusi maraqla qarşılanıb. Tədbir fakültə himninin ifası ilə yekunlaşıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search