Previous Next

Tələbə İnkişaf Platforması çərçivəsində ilin son “Tipx 7: Yenilən” konfransı keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tədris departamentinin Məzun Koordinasiya və Karyera şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən tələbələr üçün Tələbə İnkişaf Platforması (TİPx) layihəsi çərçivəsində ilin son “TİPx 7: Yenilən” konfransı keçirilib.
Konfransda spikerlər "Atalar üçdən deyib", "Yeni ildə necə daha irəli gedək?", "Müasir dövrün açar sözləri", "Uyğunlaş yeniliyə" kimi mövzularda çıxışları ilə tələbələrə yeni ildə daha yaxşı bir “mən” olmaq üçün əldə etməli olduqları bacarıqlar, müsbət vərdişlərə, arzulanan peşə sahəsi üzrə özünü inkişaf etdirməyin ilk addımı olan cəsarət, özünəinam kimi xüsusiyyətlərə yiyələnməyin yolları barədə öz təcrübə və tövsiyələrini çatdırıblar.
Qeyd edək ki, interaktiv formatda keçirilən "TİPx 7: Yenilən” konfransında Pedaqoji Universitetin tələbələri ilə bərabər müxtəlif universitetlərdən 160-dan çox tələbə iştirak edib. Tədbirin sonunda Mərkəzi Karyera filialının rəhbəri Toğrul Ələkbərov konfransın yüksək səviyyədə təşkilinə görə universitetin rəhbərliyinə öz təşəkkürünü bildirib.

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

 

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin