Previous Next

Pedaqoji Universitet imtahanlarda iştirak edə bilməyən tələbələrə yenidən imtahan vermək imkanı yaradacaq

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) qış imtahan sessiyasının imtahanları qrafik üzrə davam edir.
Hazırda ölkə ərazisində və paytaxt Bakı şəhərində müşahidə olunan qarlı hava şəraiti ilə bağlı imtahanların təşkilində hər hansı problem yoxdur.
Bununla belə, Pedaqoji Universitet rəhbərliyi bildirir ki, kəskin hava şəraiti ilə bağlı yarana biləcək problemləri nəzərə alaraq, imtahanlarda iştirak edə bilməyən və ya imtahana gecikən tələbələr üzürlü hesab olunacaq və onlara əlavə vaxt təyin edilərək iştirak edə bilmədikləri və ya gecikdikləri imtahanlara yenidən qatılma imkanı yaradılacaq.

ADPU-nun mətbuat katibi Cavid Hüseynov

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

 

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin