Previous Next

Ötən il Pedaqoji Universitetdə 10.770 tələbə elektron kitabxana xidmətindən yararlanıb

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzi ölkəmizin ən böyük universitet kitabxanalarından biridir. Kitabxananın ümumi fondu 746.221 nüsxə ədəbiyyat təşkil edir ki, bunlardan 670.640 nüsxəsi kitablardır.
Ən müsair standartlara uyğun qurulmuş elektron kitabxana xidməti də tələbələrin ixtiyarındadır. Hazırda ADPU-nun Kitabxana-İnformasiya Mərkəzinin e-kataloqunda 12.818 adda 81.746 nüsxə kitab mövcuddur.
Kitabxana tələbələrin tədris həyatında önəmli rol oynayır. Belə ki, başa vurduğumuz 2022-ci il ərzində kitabxanadan 9.646 nəfər oxucu istifadə edib. Onların arasında 105 nəfər kənar oxuculardır. İl ərzində 22.146 nüsxə kitab, 416 nüsxə dövri-elmi nəşrlərin oxuculara verilişi həyata keçirilib.
Ötən il ərzində 10.770 nəfər elektron kitabxanadan yararlanıb.
Kitabxanaya daxil olmuş 7.382 sorğu müvafiq qaydada cavablandırılmışdır.
Kitabxana fondunun daimi yenilənməsi də diqqət mərkəzindədır. 2022-ci ildə ADPU kitabxanasına 829 adda 3472 nüsxə yeni kitab, 18 elmlər doktorluğu və fəlsəfə doktorluğu dissertasiyası, 108 avtoreferat, 621 proqram, 22 adda 63 nüsxə dövri-elmi nəşrlər və jurnallar daxil olmuşdur.
Pedaqoji Universitet kitabxanası oxuculara xidmət etməklə yanaşı, mədəni-kütləvi tədbirlərin təşkili və təbliğat, kitab mütaliəsinin populyarlaşdırılmasına da xüsusi diqqət ayırır. Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamına uyğun olaraq ADPU Kitabxana-İnformasiya Mərkəzində Şuşa şəhərinin tarixi ilə bağlı nəşr olunmuş kitabların sərgisi təşkil olunmuşdur. Kitabxanaya xaricdən alınmış 74 adda 77 nüsxə təhsil tədqiqatlarına dair kitabların sərgisi də elmi-pedaqoji heyətin böyük marağına səbəb olmuşdur. Kitab almağı təşviq etmək məqəsdi ilə təşkil edilən kitab-satış yarmarkası da bu tədbirlər sırasında xüsusilə qeyd olunmalıdır. Kitabxana 5-9 oktyabr 2022-ci il tarixdə Bakı Ekspo Mərkəzində keçirilən 8-ci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search