Previous Next

Çeçen Dövlət Pedaqoji Universitetinin nümayəndələri ADPU-da olublar

Fevralın 23-də Çeçen Dövlət Pedaqoji Universitetinin (ÇDPU) rektoru İsmail Bautdinoviç Bayxanov, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Tamara Andıyevna Avtayeva və Rus dili və onun tədrisi metodikası kafedrasının müdiri Raisa Amxadovna Buralova Azərbaycan Dövlət Pedaqoji Universitetini (ADPU) ziyarət ediblər. Görüşə, həmçinin Elm və Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr sektorunun müdiri İlqar Dadaşov qatılıb.
Görüşdə ADPU – nun rektoru professor Cəfər Cəfərov, sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev, elm və innovsiyalar üzrə prorektoru professor Asəf Zamanov, Filologiya fakültəsinin dekan müavini Könül Həsənova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova və mütəxəssis Taisa Mamedova iştirak ediblər.
Görüş zamanı tərəflər çalışdıqları universitetlərin tarixi, strukturu, təhsil proqramları barədə bir-birini məlumatlandırıb. Hər iki universitetdə tədris olunan ortaq ixtisaslar üzrə akademik nəşrlərin və məqalələrin paylaşılması, rus dili kurslarının təşkili və rus dilinin tədrisi və metodikası sahəsində mümkün əməkdaşlıq imkanlarının faydalı olacağı vurğulanıb. Danışıqlar zamanı Çeçenistanda Ümumilli Lider Heydər Əliyev adına küçənin və heykəlin olduğu qeyd edilib, ADPU-nun nümayəndələri yaxın zamanlarda Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin açılışında iştirak etməyə dəvət olunublar.
Sonda qonaqlara hədiyyə təqdim edilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search