Previous Next

“Azərbaycanda gender bərabərliyi və qadın hüquqlarının təmin edilməsində Heydər Əliyin rolu” mövzusunda elmi - praktiki konfrans keçirilib

Martın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr edilmiş “Azərbaycanda gender bərabərliyi və qadın hüquqlarının təmin edilməsində Heydər Əliyin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə açan filialın direktoru fizika elmləri doktoru Yusif Alıyev “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanda qadın siyasəti” mövzusunda çıxış edib.
Tədbirdə çıxış edən Şəhid Səttər Piriyevin anası Ofeliya Piriyeva təşkilatçılıq üçün filial rəhbərliyinə təşəkkür edərək bildirib ki, Səttər qələbəyə saatlar qalmış şəhid olub, ancaq komandir kimi əsgərlərini mühasirədən çıxarmağı bacarıb.
Qeyd edək ki, S.Piriyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrində leytenant rütbəsində xidmət edirdi. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Səttər Piriyev ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Daha sonra tədbir Ədəbiyyat və dillər kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Elmira Əliyevanın və XM 2201B qrup tələbəsi Zemfira Davrişovanın moderatorluğu ilə davam edib, filialın Xarici dil müəllimliyi ixtisasının I tədris ili tələbələri (N.Mustafayeva, A.Sadıqzadə, L.Qəribova, A.Quraişova, Z.Məmmədova, S.Şahkərəmova, Z.Davrişova, N.İsayeva, ) Tofiq Bayramın “Qadın ürəyi” şeirini, “Sarı gəlin” musiqisini (ingilis dilində) səsləndirib, şəhidlərimizə həsr etdikləri videoçarxı nümayiş etdiriblər.
Tədbirin sonunda şəhid Səttər Piriyevin anası Ofeliya Piriyeva, şəhid Aqil Məlikovun həyat yoldaşı, Riyaziyyat və təbiət elmləri fakültəsinin tyutoru Günel Məlikova, şəhid Anvar Şıxəliyevin bacısı, İBT 2201B saylı qrup tələbəsi Rita Şıxəliyeva, şəhid Rəvan Əhmədovun bacısı, RİN 2201B saylı qrup tələbəsi Ramilə Əhmədova, şəhid Anar Mehdiyevin bacısı, RİN1801B saylı qrup tələbəsi Həlimə Mehdiyeva, o cümlədən filial əməkdaşları və bir qrup tələbə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə filial rəhbərliyi tərəfindən təltif edilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search