Previous Next

“Heydər Əliyev İli” çərçivəsində ADPU-da YAP Veteranlar Şurasının üzvləri ilə görüş

Aprelin 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev məktəbinin lektoriyasında “Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının üzvlərinin gənclərlə görüşü keçirilib.
YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyevin moderatorluğu ilə keçirilən görüşdən əvvəl Ulu Öndərin universitetin foyesindəki abidəsi önünə gül dəstələri qoyulub, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Görüş çərçivəsində gənclər əvvəlcə Vaqif Mustafayevin Heydər Əliyev haqqında çəkdiyi çoxsaylı sənədli filmlərdən biri olan “Əsl məhəbbət haqqında” filmini izləyiblər.
Çıxış edən YAP İdarə Heyətinin üzvü, YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə Ulu Öndər Heydər Əliyevin bir siyasi xadim və şəxsiyyət kimi fövqəladə xüsusiyyətləri haqqında söhbət açaraq, onun olduqca uzaqgörən bir siyasətçi və lider, vətənini və həmvətənlərini hər şeydən üstün tutan bir vətəndaş, olduqca diqqətcil və qayğıkeş bir insan kimi örnək olduğunu qeyd edib. Vurğulanıb ki, hələ sovetlər dönəmindən etibarən milli dövlətin təməllərinin inşası üçün vacib addımlar atan Heydər Əliyevin ardıcıl siyasəti sayəsində, bu gün Ulu Öndər yolunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 44 günlük Vətən müharibəsi ilə işğal altındakı torpaqlarımız azad edildi, böyük bərpa-quruculuq işlərinə start verildi.
Görkəmli kinorejissor və ssenarist, Xalq artisti Vaqif Mustafayev gənclərə Heydər Əliyev kimi dahi şəxsiyyətin həyatı haqqında çəkdiyi çoxsaylı filmlər haqqında məlumat verərək, bu məsuliyyətli missiyanı icra edərkən, Heydər Əliyev şəxsiyyətinin bir çox unikal cəhətləri ilə yaxından tanış olaraq, onda olan sonsuz inam, enerji, əzmkarlıq və diqqətcilliyin şahidi olduğunu vurğulayıb.
Daha sonra çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov da öz növbəsində Ümummilli Liderin milli təhsil quruculuğu və Azərbaycan məktəbinin inkişafı ilə bağlı gördüyü işlərdən söz açaraq, Heydər Əliyevin vaxtilə ifadə etdiyi “Gələcəyimiz bir çox cəhətdən gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdır” fikirinin fikrinin XXI əsr müəllim hazırlığında əsas sual olduğunu diqqətə çatdırıb.
Diskussiya ilə davam edən görüşdə qonaqlar gənclərin Heydər Əliyev şəxsiyyəti və irsi ilə bağlı onları suallarına ətraflı cavab veriblər.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search