Previous Next

ADPU tələbələri muzeylərdə ekskursiyada olublar

Mayın 18-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) təşkilatçılığı ilə 18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə tələbələrin Suraxanı Gəmi Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, Azərbaycan İstiqlal Muzeyi və Müasir İncəsənət Muzeyinə ekskursiyaları təşkil olunub.
Ekskursiya zamanı tələbələr xüsusi memarlıq üslubuna malik, tarixin və mədəniyyətin müxtəlif məqamlarını özündə yaşadan, maddi-mənəvi xəzinə olan muzeylərimizlə yaxından tanış olmuş və eksponatlar haqqında ətraflı məlumat əldə etmişlər.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search