Previous Next

Pedaqoji Universitetdə Yaşar Musayevin seminarı keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU)  2024-cü ilin Azərbaycan Respublikasında  “Yaşıl dünya haminə həmrəylik İli” elan edilməsinə həsr edilmiş Pedaqoji Forumun XII dinləməsi keçirilib.
Forumda Almaniyada fəaliyyət göstərən  Bakı-Nürnberq Mədəniyyət və Təhsil Mərkəzinin və Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının İdarə Heyətinin sədri, “Şeffler qrupu” şirkətinin “Səthlərin emal texnologiyası” üzrə senior vitse-prezidenti, “Şeffler Baltik” şirkətinin baş meneceri texnika elmləri doktoru Yaşar Musayevin “Təşkilatlarda strateji planlaşdırma” mövzusunda seminarı keçirilib.
Seminarda ADPU-nun rəhbərliyi, dekanlar və kafedra müdirləri,  şöbə və mərkəz rəhbərləri, ADPU-2030 Strateji Planlaşdırma Komitəsinin üzvləri və əməkdaşlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan rektor Cəfər Cəfərov Yaşar Musayev haqqında məlumat verərək onun elmi fəaliyyəti barədə məlumat verib, alimin dünya miqyasında uğurlara imza atan tədqiqatçı olduğunu diqqətə çatdırıb.
Tədris işləri üzrə prorektor Eldar Aslanov isə Y.Musayevin diaspor fəaliyyəti barədə danışaraq, onun Avropada Azərbaycanı ən yüksək səviyyədə təmsil etdiyini, elmi-təşkilatı fəaliyyətlə yanaşı, geniş ictimai fəaliyyətə də malik olduğunu qeyd edib. 
Daha sonra Yaşar Musayev “Yaşıl dünya naminə həmrəylik İli” çərçivəsində  “Təşkilatlarda strateji planlaşdırma”  mövzusunda məruzə edib. Məruzədə yaşıl enerji texnologiyaları sahəsi, yeni tədris metodikalarının işlənib hazırlanması, strateji yol xəritəsinə uyğun olaraq yeni ixtisasların hazırlanması məsələlərinə toxunulub. Seminar diskussiya ilə davam edib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search