Previous Next

Pedaqoji Universitetdə “Sağlam həyat tərzi” mövzusunda görüş keçirilib

Fevralın 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin səlahiyyətli nümayəndəsi Zümrüd Kazımova tərəfindən “Sağlam həyat tərzi” mövzusunda tələbələrlə görüş keçirilib. 
ADPU-nun Heydər Əliyev məktəbinin lektoriyasında keçirilən görüşdə universitetin Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli açılış sözü ilə çıxış edərək gənclərimizin, tələbələrimizin gələcəkdə yarana biləcək riskli xəstəliklərdən, patalogiyalardan qorunmaq ümün sağlam həyat tərzinin diqqətdən kənarda qalmamalı olduğunu vurğulamış, belə görüşlərin gələcəkdə də mütəmadi keçirilməsinin zəruriliyini qeyd etmişdir. 
Görüş zamanı tələbələrə sağlamlıq, fiziki aktivlik, oturaq həyat tərzi, zərərli vərdişlər, yuxu pozğunluqları, gigenik qaydalar barəsində ətraflı məlumatlar verilib, mövzu ilə əlaqədar təqdimat nümayiş etdirilib və tələbələrlə müzakirə zamanı onları maraqlandıran suallar cavablandırılıb. 
Görüşün sonunda tələbələrə maarifləndirici bukletlər, posterlər, flayerlər paylanılıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search